Reklam verin!

Diqqət

Bir müddətlik bloqda müəllif görünməyəcək - hesab edin ki, payız tətilindəyəm... Amma sevdiyiniz mətnləri  mənə göndərin... ya da öz mətnlərinizi... Sürpriz olacaq!!!

 

Baxış sayı: 65
Açar sözlər:
Bookmark and Share

Oyun

Indi ən yaxın dostuna yalan danışmalı olduğu vaxtda altıncı hissi amansızlıqla susurdu. Variantlar vardı, məsələn, telefonda dostuna guya hansısa jurnaldan rastına çıxan “ulduz falını” oxuya bilərdi. O inanacaqdı. Amma ağlına daha maraqlı fikir gəldi.


-  Bilirsən, bu gün səhər səni yuxuda görmüşəm.

- Necə görmüsən?

- Gördüm, gecədi, hər yer qaranlıqdı. Əlində siqaret var, çəkirsən, tüstü aləmi bürüyür, bircə üzün görünür, bir də barmaqların.

Davamı...

Baxış sayı: 108
Açar sözlər:
Bookmark and Share

Kiyevli şeirlər 2

gizlət məni üzünün hər gün artan qırışında

 

adamlardan

 heç kəs tapmasın… 

 

Baxış sayı: 46
Açar sözlər:
Bookmark and Share

Qısqandığım yazara təbrik

Cavidanın ad gününə tənqid hədiyyəsi


Demək olar ki, hər gün bu yazını beynimdə yazıb, hər gün də onu kompüterə köçürməyə cəsarət eləmirəm. Niyəsini də bilirəm, daha doğrusu, bu barədə də çox fikirləşmişəm.

Əlbəttə, Cavidan barədə mənim yazmağım çətindi, təkcə ona görə ki, biz təxminən eyni vaxtda çap olunmağa başlamışıq, adlarmız da bəzən paralel çəkilib. Heç məsələnin bu tərəfini də kənara qoyuram ki, filoloji fakültəni bitirsəm də, özümü tənqidçi rolunda o qədər də yaxşı hiss eləmirəm. Sonuncu elə də qorxulu deyil, ən pis halda, indi yazdıqlarımı həvəskar müəllifin, ya elə adi bir oxucunun fikirləri kimi qəbul etmək olar.


Problem başqadır və bu sual aysberqin yalnız bir tərəfidir ki, rəfiqəm Cavidan haqqında yazarkən obyektiv ola biləcəyyəmmi? Məsələnin ikinci və mənim üçün ağrılı tərəfi də var – tale elə gətirib ki, biz dost olsaq da, bəzən rəqib kimi çıxış etmişik və niyə gizlədim ki, bu mənada Cavidanı qısqandığım anlar da az olmayıb. Yox, söhbət qətiyyən hər ikimizin iştirak etdiyi və Cavidanın birinci, mənim ikinci olduğum “Nəsimi” müsabiqəsindən getmir. Baxmayararaq ki, müsabiqə sonrası verdiyim müsahibədə onun məni cəmi iki xal geridə qoymasını gizli bir qürrəylə vurğulamışdım və hətta uzağa gedib, az qala, onun məndən bir neçə yaş böyük olmasını da qeyd edəcəkdim. Bəli, bunları yazmaq və oxumaq xoş olmaya bilər. Amma bu uzun müqəddimə həm də özümü sığortalamaq üçündü – mən, yəqin ki, hansısa məqamda qərəzli ola bilərəm. Bəlkə də, mən Cavidanı təbrik etmək üçün yalnız müsbət məqamları vurğulamalıydım və bu daha doğru olardı, amma bu, neynim ki, xarakterimə uygun deyil. Özümdən danışdım, bəsdi, keçirəm Cavidana…


Cavidan məhz o şairədir ki, ilk dəfə onun şeirlərini oxuyanda, həqiqətən də, yaxşı mənada diksindim – son dövrlər ədəbiyyatımızda məni bu cür maraqlandıran və sözün yaxşı mənasında heyrətləndirən qadın şairə olmamışdı. Bu gün Cavidanı yenə “ən yaxşı” hesab eləsəm də, bir il əvvəlki qədər heyrətlənmirəm. Yəqin, günahkar Cavidandı, birdən-birə dozanı bu qədər çox etməməliydi…

Davamı...

Baxış sayı: 45
Açar sözlər:
Bookmark and Share

Kiyevli şeirlər

Yalnız onlar mənə səndən hündür göründülər,

 Sən olmayanda təkcə onlar vardı.

Cavandılar,

Yaxındılar,

Amma uzaqdan baxırdılar.

Sən olmayanda onlara da toxunmadım.

Təkcə baxıb köks ötürdüm…

tozağaclarına…

məni qısqanma…

“Çıxıb getsəm, bir də gəlməsəm”

deyə hədələsəm səni,

 və “sag ol” yerinə desəm ki

 nə qədər çətindi səni sevmək –

qapını göstər –

bu daha yaxşı sakitlədər…

….

Qış kimi soyuq,

elə o qədər də təmiz

nəfəsini uzaqdan eşidib

titrəyirəm –

soyuqdandı, ya istidən –

bilmirəm…

---

Üstünü örtəcəkdim,

yuxulu gözlərini açıb

mənə gülümsəyəndə

adyalın ucunu itirməsəydim…

Baxış sayı: 59
Açar sözlər:
Bookmark and Share

Rəbiqənin ilk kitabı...

Ilk kitabım işıq üzü gördü... Qəribə hisdi, bütün gənc yazarlara qismət olsun...

Baxış sayı: 178
Açar sözlər:
Bookmark and Share

Zahir Ezemet... ***

Atdığımız hər addım xəyanətdir, şair

özümüzə, təbiətə, sevgilərə...

hətta yadlara xəyanət istəyi var içimizdə

İnsanın daha bir adı xəyanətkar! Xəyanətkar!

Hətta uddugu havada xəyanət var!

Əvvəl özündən başlayırsan, şair,

Davamı...

Baxış sayı: 77
Açar sözlər:
Bookmark and Share

Yenə də Aynura

 Qolumdan tut qapını açdığım yerdə,

ayaqqabılarımı gizlə.

özünü xəstəliyə vur,

üstümə çığır,

evdən qaçmaqla hədələ,

bir sözlə,

məni getməyə qoyma…

Baxış sayı: 108
Açar sözlər:
Bookmark and Share

***

Bu şəhərdə

məni daha çox adamlar darıxdırır.

Və bu şəhərdə

səni daha çox adamlar xatırladır mənə…

Baxış sayı: 71
Açar sözlər:
Bookmark and Share

Arzu

                

Bu qış küknar ağacının altında

 hədiyyə olmaq istəyirəm ən bədbəxt adama.

Amma...

Görərmi?

Götürərmi?

Saxlayarmı məni könlündə?

Bilmirəm...   

Baxış sayı: 99
Açar sözlər:
Bookmark and Share
  Yazılar cəmi: 53    Sonrakı səhifə »