Reklam verin!

JALƏ

Yazmaq ehtiyacdı...


Blog Haqqında

jale
Yazmadan olmur. Özünüifadənin ən çətini yazmaq.

Hər yazdığın söz sənin bir parçan. Sözlərdən özünü toxuyarsan. Amma həmişə alınmır. Hər söz səndən bir parça ola bilmir. Amma ola biləcəyinə inanıram. Tanrının izn verdiyi zaman kəsiyində özümü sözlərdən toxuyub qurtarıncaya qədər yazacam.

İnşallah ki, ilməni qaçırmaram...

Bəs sonra?

Bilmirəm...

Axtarış

Açar sözlər

test 

Sayqaç

  • İndi blogda: 5
  • Keçən ayın hiti: 4913
  • Dünənki hit: 136
  • Bugünki hit: 31
  • Ümumi hit: 39614

AddThis Feed Button
Add to Technorati Favorites

Müxtəlif

Dünyanın o başına...

Dünyanın o başına dəvətliyik,
gecikirik, tez ol, canım,
uzun yoldu çıxdığımız...

Yox, yox, heç nə götürmə.
Saat və güzgü yetər.
Bir baxırıq, zaman gedir,
Bir baxırıq, artıq gedib
Davamı...
Bookmark and Share


Şeirlər
jale
Noyabr 29, 2008 18:45
Baxış sayı: 39

Şərhlər(3)

Sənə və hər kəsə salam, Payız...

Bu sloqanla çıxdıq yola. Yol qısa, rəqabət güclü. Gözlədiklərimin hamısını orada görməsəm də...

Bir gün gözəl bir payız şeiri oxumaq istədim. Budağından qopub yola naxış vuran payız çinarının yarpaqlarına baxa-baxa başqa bir şey arzulamaq günah olardı həmin gün...

Əvvəl əsl payız adamı olan Rəbiqəyə dedim, dedi, özün yaz da. Sonra Cavidanın qapısını döydüm payız leysanı kimi, o da elə himə bəndmiş. Bir müsabiqə təşkil elədi əlüstü. Münsiflər də "biz də varıq!" deyincə, bizə qalan ancaq yazmaq oldu...


Davamı...
Bookmark and Share


Bu mənim şəhərimdi...
jale
Noyabr 21, 2008 13:38
Baxış sayı: 77

Şərhlər(9)

Qırmızı;)

Gah çinar bildilər yüksəkdən yüksək
Gah da kol dibində bənövşə - kövrək
Mən də gözləmişdim kimsə deyəcək:
“Qırmızı yaylıqlı qovağım mənim...”

Ah, bir məktub alam, zərfi çətirli
Yağışlı, küləkli, xəzan ətirli
Çoxlu söz yerinə bircə sətirli -
“Qırmızı yaylıqlı qovağım mənim...”



Davamı...
Bookmark and Share


Şeirlər
jale
Noyabr 11, 2008 16:37
Baxış sayı: 123

Şərhlər(11)

Pintoş

Cavidan üçün

Həə, bu hekayə yazıldı və heç redaktə olunmadı. Daha doğrusu yazılacaq və redaktə olunmayacaq. Pinti hekayə olacaq bu. Hələ bilmirəm məzmunu nə olacaq, amma olacaq. Bəlkjə də bir uşaq hekayəsi, bəlkə də böyüklər üçün. Bəlkə də heç kim üçün, elə-belə özüm üçün.
Görək hələ.

Demək belə. Onun masasının üstü həmişə pinti olardı. Özü də pinti geyinərdi, çirkli olmadığı gün paltarı ilk geyindiyi gün idi.hara tərpənsə pintilik eləyərdi. Amma direktor onu qovmazdı. Hələ diroktoru spyürdü də ha üzünə, yenə qovmazdı. O yaxşı dizayner idi. Çox yaxşı dizayner idi. Onun yaxşlığı işi sürətlə və yaxşı görməyində idi. Amma pintiydi. Özü də bundan heç narahat olmazdı. Çünki bunu kişiyə yaraşan iş hesab edərdi. Arvadam, hər gün daranam deyərdi. Yemək yeyib üstünə silərdi. Ayda bir dəfə çimərdi qışda, yayda həftədə bir dəfə. Qısası, o pinti adamıydı.

Davamı...
Bookmark and Share


Hekayələr
jale
Oktyabr 30, 2008 15:59
Baxış sayı: 152

Şərhlər(11)

Parol

Bir Allahın, bir də özümüzün bildiyimiz parolları
(adminlər nə Allahdı, nə də adam, hesabdan deyillər)
heç olmasa bir yaxın adamımıza deyək gərək,
ən böyük sirrimizi ən yaxın birinə
pıçıldayan kimi.


Davamı...
Bookmark and Share


Şeirlər
jale
Oktyabr 29, 2008 16:50
Baxış sayı: 79

Şərhlər(5)

Dost olaq!

Bir neçə gün öncə hörmətli Məsiağa müəllim (www.irfan.azeriblog.com) ona bağışlanmış Beynəlxalq Dostluq Ödülünü müxtəlif nominasiyalarda dostlarıyla paylaşdı. Məni də unutmamışdı)

Mən də öz növbəmdə dəyərli dostlara ötürmək istədim bu mükafatı. Amma tanışlıq dairəm geniş olmadığından kiçik bir siyahı əmələ gəldi.

 


Davamı...
Bookmark and Share


Bu mənim şəhərimdi...
jale
Oktyabr 24, 2008 17:04
Baxış sayı: 83

Şərhlər(3)


  Yazılar cəmi: 83    Sonrakı səhifə »
© Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək: AzeriBlog