Azadlığın adlıq halı
KÜL keçəlin başına…
…
Küçələrdə addımbaşı tərəzi qoyub adamları çəkənlərdən ehtiyyatlı olun. Azərbaycan elə yerdi ki, burda insanları öz çəkisində də aldada bilərlər.
Davamı...
Açar sözlər:
Yazar: salamsarvan | Tarix: Avqust 12, 2008 19:35 | Bölməsiz | Şərhlər(0) | Baxış sayı: 114
31 yaşın şeri
Davamı...
Açar sözlər:
Yazar: salamsarvan | Tarix: İyul 14, 2008 19:18 | Şir bürcü, At ili, It günü... | Şərhlər(0) | Baxış sayı: 193
CIGIR
Darıxıram…
Başımda Sənin fikrin -
gərdiş eləməkdən bir cığır açmışam
parket döşəmə üstündə…
Hərdən o «cığırda» qardaşım uşağı
velosiped də sürür.
Açar sözlər:
Yazar: salamsarvan | Tarix: İyul 9, 2008 18:43 | Bölməsiz | Şərhlər(0) | Baxış sayı: 95
Bağışla, otağım tör - toküntüdü
Yuvam dimdiyimdə gəzirəm hələ…
Sənsiz yer də yoxdu, dərbədər mənə.
Gəl e gəl, qırılıb qırağa düşmüş
o qol- budağımdan meyvə dər mənə.
Bilmirəm keçirim hansı halını -
Oynayım toyuna, batım yasına?..
Hər gün neçə məktub yazıb cırıram,
cırıb tullayıram… poçt qutusuna.
Gözləməkdən gözüm çuxura düşüb,
gör heç soruşursan, nə çöküntüdü?
Sənli xatirələr dağılıb evə -
bağışla, otağım tör-toküntüdü.
Açar sözlər:
Yazar: salamsarvan | Tarix: İyul 9, 2008 18:37 | Bölməsiz | Şərhlər(1) | Baxış sayı: 112
***
Bir boş oturacaq olmayan qatarda
ayaq üstə qalmış Sərnişin xanım…
Dünyada nə qədər yerim vardısa
durdum hamısından, əyləşin, Xanım.
Açar sözlər:
Yazar: salamsarvan | Tarix: İyul 9, 2008 1:59 | Yerin melum, sevdiyim | Şərhlər(1) | Baxış sayı: 104
Mən gələr olmadım, yolu qarşıla
Alın yazısında imza yeri boş -
edam fərmanıdı, qollamaq olmur.
Nifrət elədiyin ayağını da
bir addımdan uzaq tullamaq olmur.
Dayan bir dəqiqə bir «yox» de mənə,
hər gecə yuxuma girib yatan qız.
Adamı arxadan gəlib ötərlər,
ay məni qarşıdan gəlib ötən qız.
İndi bu qış ömrü sürüşmək gərək…
Bizi qar ötürər, dolu qarşılar.
Bu da ki sonuncu teleqramım:
mən gələr olmadım, yolu qarşıla.
Açar sözlər:
Yazar: salamsarvan | Tarix: İyul 7, 2008 0:25 | Bölməsiz | Şərhlər(2) | Baxış sayı: 114
Yaşayış
Tufanda qaçıb evə girirəm,
zəlzələdə qaçıb çıxıram çölə.
Başqa heç bir səbəb yoxdu
gəl-get üçün.
Açar sözlər:
Kişi
Zülmnən tapdığı çörəyi
hər axşam bölər evində
bir tikə hərəyə -
özünə, arvada, uşaqlara
və siçançün qurulmuş tələyə.
Açar sözlər:
«A» böyük «a» balaca
A
Əslində sıxır məni
dünyadakı mənə dəxli olmayan
torpaq artıqlığı, yer genişliyi -
bu yekəlikdə də heç dünya olar?!..
hansı daha çox faşistdi, qardaş -
çörəyi basabasdan çıxan sürücü,
yoxsa insan çoxluğundan
qəzəblənən sərnişin?
Bu boyda da ölkə olar?! -
ərazisi neft quyularının dərinliyindən
məscid minarələrinin ucalığınacan…
Əslində sıxır məni
ovuc içindən dərin,
«I» hərifindən enli,
dəniz ləpəsindən hündür,
körpüdən uzun bütün ölçülər.
Davamı...
Açar sözlər:
Yazar: salamsarvan | Tarix: İyul 5, 2008 11:34 | «А» böyük, «а» balaca | Şərhlər(2) | Baxış sayı: 116
Qabaqki yazılar
Yazılar cəmi: 15
Sonrakı səhifə »
