Yazar: mechul Tarix: Oktyabr 2, 2008 17:20
Mən Qafqazda böyüdüm.İncə kəmşirin Şamaxı şərabı axır damarlarımda.Kabab qoxusu ilə doludur ciyərlərim.Mən belə böyüdüm.Uşaqlıqda Həsən dayının şərab çəlləklərində gizlənərdim.Quranı mənə sitat gətirmə!
Mən belə böyüdüm!
məchulun gündəliyi | | 34 baxış | |
Yazar: mechul Tarix: Oktyabr 2, 2008 11:16
Yoxsan!Varlığını isbat edəcək dəlilim də yoxdur.Yuxumdamı gördüm,gerçəkdəmi idin?Yadımda deyil.Bircə ciynindən aldığım bir çimdik ətrin nəyisə sübut etməkçün çırpınır.Telefonlar,məktublar,göyərçinlər,hamısı küsüb getdi.Hamısı elə bil sehrli olub havaya üfürüldü.
Yəgin sən mələk idin,ümid üçün yuxuma gəldin.Axı ola bilməz,bu gerçək olsun.Gercək olmana laiq deyiləm.
Nə olar,yenə yuxuma gəl!
məchulun gündəliyi, namələr | | 32 baxış | |
Yazar: mechul Tarix: Oktyabr 1, 2008 21:31
Salam,əziz gündəlik.Bilirəm incimisən,bilirəm küsmüsən.Özünü lazımsız hesab edirsən.Düzü mən də bir vaxt səni lazımsız hesab etdim.Nə vaxtsa sən mənə siqareti əvəz etdin,tüstüyə söylədiklərimi sənə söylədim.İndi isə kimsə səni əvəz edir,vərəqlərinə tökdüyümü ona söyləyirəm.Amma bu günlərdə yenə siqaret çəkmək istədim.Ona görə vərəqlərinə qaçdım.
Bilirəm,xoşlamırsan onu.Deyəcəksən ki,bəlkə bu heç sevgi deyil,bəlkə qısamüddətlik sevilməyə ehtiyyacımız var,bəlkə yeni bir azadlıq formatı axtarırıq.
Gündəlik,bir dəqiqə xətdə qal,telefonuma mesaj gəldi.Hə,odur!”Gözəlim” deyir mənə!Bilirsən nə var,gündəlik.Rədd ol,öz “bəlkə”lərinlə!
Ola bilər,münasibətlərimizin sabahı yoxdur,lakin möhtəşəm bir bugünü var!Mən onu sevirəm!
Eşitdiz,mələklər!O mənim canımdır!Bildiz!Dəyməyin ona!Yalvarıram,dəyməyin!
məchulun gündəliyi | | 42 baxış | |
Yazar: mechul Tarix: Sentyabr 21, 2008 20:52
Oturub,sənə namə yazacam.Qoy gündəliyim də incisin,klaviatura da qısqansın,sözlər də qapını çırpıb getsin,sözsüz yazacam.Onsuz da bizimki,bir az sözsüz oldu...ilk sözdən oldu,ilk sətirdən sevgi oldu.Burax,qoy getsinlər.
“Axı niyə sən?”,”Axı niyə mən?” məntiqsiz suallarına məntiqli bir cavab axtarıram.əslində cavabı bilirəm,amma məntiqə sığmır.Məntiq də qısqanır,yandırır beynimi.gözlərdən yaş gəlincə yandırır...darıxır.
...yadında sol əlimdən tutmuşdun,sağ əlim sol əlimi qısqanır...
Qoy qısqansınlar,öyrəşsinlər,bundan sonra hər sətirdə,hər addımımda,hər uğurumda Sənə həsr qığılcımı olacaq.Qoy paxıllıqları da tutmasın,parlaq bir qığılcım olacaq.
Hələ dünən əmin deyildim.Bu gun artıq əminəm,sevgi belə olurmuş.
Səni sevirəm!
namələr | | 43 baxış | |
Yazar: mechul Tarix: Sentyabr 15, 2008 20:26
Uzan torpaqda.Yerlə Göy arasında üşüyək bir az.
Günəşdən qalan istini hiss edirsən?
Bəs nifrəti?
Yer bizə nifrət edir,sirrlərini qazıb çıxarırıq deyə,Göy bizə nifrət edir,gizlin gizlin ulduzların sevişməsin güdürük deyə,Günəş bizə nifrət edir,onu kölgələrə dəyişirik deyə...
İnsandan başqa insanı sevən yoxdur.burada arzuolunmazıq.
növbə,uzun bir növbə..Əzrailə rüşvət versəm,görəsən,canımı növbədən kənar alarmı?
məchulun gündəliyi | | 51 baxış | |
Yazar: mechul Tarix: Avqust 23, 2008 11:10
məchulun rəsmləri | | 47 baxış | |
Yazar: mechul Tarix: Avqust 23, 2008 10:59
məchulun rəsmləri | | 60 baxış | |
Yazar: mechul Tarix: Avqust 23, 2008 10:50
ay ne bilim,qız uşağı evdə oturar..ay nə bilim,qız uşağı nedi xaricdə təhsil nədi..ay nə bilim evdən instuta,instutdan evə...
Rədd olsun bu qanunları diktə edənlər.
...tutub diriyəsən sifətini pəncərəyə ki,ay bədbəxt,bax da!bax gör ki,pəncərənin o tayında 21-ci əsrdir.camaat öz pişiyini klonlashdirir,marsda su tapiblar(bir azdan ora köçürük).sən isə istəyirsən ki,qızın sadə,diplomlu evdar qadın olsun,oğlun isə sənin ona seçdiyin qızla evlənsin,və ömrünün axrına kimi serialdan-seriala yaşayan,dünyadan xəbəri olmayan bu qadını dözsün.
Lənətə gələsiz!bütün arzularımı sındıra-sındıra gəlirsiz!Nifrət edirəm sizə!
namələr | | 34 baxış | |
Yazar: mechul Tarix: Avqust 23, 2008 10:37
adam olmaga,çoxluqdan biri olmağa çox çalışmışam,gündəlik,çox çalışmışam.
Düzəlməyə çalışmışam.Onu sevməyə və ərə getməyə çalışmışam.hətta Allaha inanmağa...hətta buna da çalışmışam...alınmayıb...
nifrət edirəm özümə,Ona və ona...hamıya.
Ölmək istəyirəm.
məchulun gündəliyi | | 52 baxış | |
Yazar: mechul Tarix: Avqust 23, 2008 10:31
Hə,əziz gündəlik!...15-i...qoca xəzri...Kaftar əncir bağları iyrənc pıçıltılar ilə yenə kiminsə qeybətin edirdilər...lap qonşu qızları kimi,bu dəfə yaxınlarda gəlin köçəcək,nişanlı “rəfiqəmiz”,nişanlı olmağın “müsbət”lərini bizə anladırdı.Əvvəl ləzzət edirdi mənə bu söhbətlər,bu qızların cahilliyinə qulaq verib,içimdə qaqqıltı ilə gülürdüm.
“-İnşallah hamınıza qismət olsun!bugün-sabah hamımız bir-bir ərə gedəcik.”
“-Amin!”
(Hırıltılar)
Qulaqlarımı da götürüb qaçmaq istədim...
Hə,əziz gündəlik.Sən demə insan bu yaşa çatanda,istədi,istəmədi “ailə” haqqında fikirləşməlidir.Bu nişanlı qız çox xoşbəxt görsənirdi.Keçən il N. də ilin bu vaxtı nişanlı idi,o da xoşbəxt görsənirdi.Amma indi artıq aramızda oturmur,indi ev süpürür.daha bizlə dənizə də getmir,cünki əri qoymur.bu da sənin ailən!Hərdən onu almacıq sümüyü əzik,göyərmiş görürlər.bu da sənin “həyat yoldaşı”n.Amma keçən il bu vaxtı xoşbəxt idi...Lənətə gələsiz,mənə arzuladıqlarına bax!Ailə imiş,ərə getmək imiş.
Hə!əziz gündəlik.bu söhbətlərdən qaçıb qaçıb gəldim sənin yanına.İstəmirəm ərə getmək!Çunki arzularım var,Çunki əminəm ki,ailə bu arzularımı qıracaq,tüpürəcək arzularıma.Hə,əziz gündəlik,soruşassan nə arzulardır bu belə?
demərəm.heç sənə də deyə bilmərəm,gündəlik.çünki,qorxuram.qorxuram ki,arzularımı yazsam,sonra bu alçaq qələmlə pıçıldaşıb güləcəksiz mənə,axmaq sayacaqsız məni.siz də...onlar kimi...
hə,bilirəm,deyəcəksən ki,kimisə sevəcəm...bla-bla-bla...
Bilirsən heç sevgi nədir,gündəlik?Səncə bu zavallı qızlar bilir sevgi nədir?Bilmirlər,gündəlik!bilmirlər!Sevgi nadir hisdir.Hər adama qismət olmur.çox az adam ömründə bir dəfə sevir.ən xoşbəxtlər isə hətta iki dəfə.artıq yox!Böyüklər isə nədənsə uydururlar cavanlar üçün.Uşaqlıqdan qızların içinə bir arzu əkirlər ki,”ərə get-xoşbəxt olacaqsan”!oğlanlara da pıçıldayırlar ki,”evlən,corabını yumağa arvadın olsun”! bu pıçıltıların daha poetik alınması üçün adını qoyurlar..Sevgi..
yox bir!
məchulun gündəliyi | | 62 baxış | |
Yazılar cəmi: 39
Sonrakı səhifə »