Reklam verin!


Azad SözAvqust 23, 2008 11:34
Pre­zi­dent seç­ki­si ya­xın­laş­dıq­ca cə­miy­yət­də ak­tiv­lik hiss olu­na­caq sə­viy­yə­də ar­tır. Söz yox ki, bu sa­hə­də mə­su­liy­yət əsa­sən, si­ya­si və qey­ri-hö­ku­mət təş­ki­lat­la­rı­nın üzə­ri­nə dü­şür. Bir sı­ra si­ya­si qüv­və­lə­rin seç­ki­ni boy­kot yo­lu tut­ma­sı isə QHT-lə­rin bu yön­də işi­ni bir qə­dər də ar­tı­rıb.
   
   Seç­ki­lə­rin mo­ni­to­rin­qi­ni apar­maq üçün ar­tıq QHT-lər­dən iba­rət bir ne­çə koa­li­si­ya da ya­ra­dı­lıb. On­la­rın fəa­liy­yə­ti bir sı­ra bey­nəl­xalq təş­ki­lat­lar və xa­ri­ci döv­lət­lə­rin öl­kə­miz­də­ki sə­fir­lə­ri tə­rə­fin­dən də təq­dir edi­lir. Bə­zi dip­lo­mat­lar he­sab edir ki, mü­xa­li­fə­tin pas­siv­li­yi­ni QHT-lə­rin ak­tiv­li­yi kom­pen­sa­si­ya edir.
Davamı...
Azad SözAvqust 23, 2008 11:18
Türkiyənin Baş naziri Azərbaycana da qısamüddətli səfərə gəldi. Gürcüstan ilə Rusiya arasındakı müharibə zamanı yeni diplomatik təşəbbüslə çıxış edən Türkiyənin təklifi hələ özünün tam konseptual məzmununu tapmasa da hər halda bölgə dövlətləri arasında müəyyən marağa səbəb olub. Amma artıq indidən təkliflə bağlı müəyyən iradlar da mövcuddur, hətta onu ziddiyyətli hesab edənlər də var. Məsələ bundadır ki, indi dünya dövlətləri, xüsusən də Qərb dairələri arasında əks proseslər gedir. Qərb dövlətləri Rusiyanı Gürcüstana təcavüz etdiyi üçün ittiham etməkdə və qınamaqda davam edirlər. 
Davamı...
Azad SözAvqust 23, 2008 11:10
Mərkəzi Seçki Komissiyası (MSK) artıq 16 nəfər prezidentliyə iddialının namizədliyini qeydə alıb. Bəs prezidentliyə iddialıların imza toplanması kampaniyası necə keçir? Prezidentliyə iddialı şəxslər namizədliklərinin qeydə alınması üçün 60 dairədən 40 min imzanı necə yığırlar?Prezidentliyə iddialı Yaşıllar Partiyasının sədri Mais Güləliyev deyir ki, imza toplama ilə məşğul olan 90 nəfər partiya nümayəndəsi xeyli problemlərlə üzləşib.
Davamı...
Azad SözAvqust 21, 2008 15:30
Azərbaycanda 15 oktyabrda keçiriləcək prezident seçkisi Türkiyəni, Türk dünyasını və bölgə ölkələrini yaxından maraqlandırır. Bölgədən kənarda olan qlobal güclərin də bu seçkiyə yaxından maraq göstərdiyini bilirik. Çünki o ölkələr üçün Azərbaycanın əhəmiyyəti getdikcə artmaqdadır; ölkənin nefti, qazı, digər təbii sərvətləri beynəlxalq arenadakı qüvvələr üçün daha da önəmli hala gəlir. Bundan əlavə, Qafqaz Rusiyanın “yumşaq qarnı” olan bir coğrafiyada Azərbaycanın həm də strateji mövqeyi var. İranla ABŞ arasındakı münaqişə bu önəmi daha da artırmaqdadır. Davamı...
Azad SözAvqust 20, 2008 15:58

Türkiyədə “Ergenekon” əməliyyatı adı altında keçirilən həbslər təkcə bu ölkənin yox, bütün dünyanın, xüsusilə də Azərbaycanın marağına səbəb oldu. Qeyd edək ki, bu əməliyyatın gedişində istefada olan üç general da daxil olmaqla, xeyli sayda tanınmış şəxslər həbs edilib. Həbs edilənlər arasında Türkiyədə milliyyətçi siyasi kəsimə daxil olan tanınmış simalar, o cümlədən jurnalistlər də var. Bu insanları terror təşkilatı qurmaqda, dövlət çevrilişinə cəhddə və sair cinayətlərdə ittiham edirlər.

Davamı...
Azad SözAvqust 13, 2008 11:02
 Dünən saat 17:00 radələrində Bakının Sabunçu rayonunda iki silahlı qrup arasında atışma baş verib. Hadisə Maştağa qəsəbəsində qeydə alınıb. 
Sabunçu rayon Prokurorluğundan verilən məlumata görə, silahlı qruplar Maştağadakı Olimpiya Mərkəzinin qarşısında atışıblar. Hadisə nəticəsində ölən və yaralananların olduğu bildirilir. Dərhal Sabunçu rayon Prokurorluğu və polis idarəsinin əməkdaşları hadisə yerinə yollanıblar. Günün sonunda atışmada iştirak etmiş şəxslərin kimliyi bəlli olub.
Davamı...
Azad SözAvqust 13, 2008 10:47
Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının elan etdiyi müsabiqənin nəticələri açıqlanıb. Məsələylə əlaqədar "Azad Soz"-ə açıqlama verən qurumun katibliyinin icraçı direktoru Fərasət Qurbanov bildirdi ki, müsabiqədə 191 təşkilat qalib gəlib: "191 təşkilata ayrılacaq vəsaitin məbləği ümumilikdə 1 milyon 200 min manatdır. Müsabiqədə qalib gələn ən böyük layihə 12 min, ən kiçiyinə isə 1956 manat məbləğində vəsait ayrılıb. Davamı...
Azad SözAvqust 8, 2008 20:49
«Yeni Müsavat» qəzetinin baş redaktoru Rauf Arifoğlu bəyanatla çıxış edib. Bəyanatda deyilir ki, Müsavat Partiyasının prezident seçkilərində iştirak etməmək qərarının yanlış və demokratikləşmə hərəkatına zərbə olması, eyni zamanda yaranmış vəziyyətdə prezidentliyə namizəd olmaq üzərində düşündüyü barədə mülahizələriti açıqladıqdan sonra mətbuatda bu mövqeyitin yanlış şərh olunduğu hallarını təəssüflə müşahidə edir Davamı...
Azad SözAvqust 7, 2008 10:25
Müsavatın, ADP-nin və KXCP-nin seçkini boykot etməsi müxalifətin böyük kolasiyasının yaradılması ideyası barədə məlumat vermişdik. Məlumatda deyilirdi ki, bu istiqamətdə təcili müzakirələr başlayacaq və bütün müxalifətin koalisiyası yaradılacaq. Lakin bir həftəyə yaxın vaxt keçsə də koalisiyanın yaradılması istiqamətində konkret addımların atıldığı müşahidə olunmur. Sanki birlik istiqamətində təşəbbüsü və məsuliyyəti öz üzərinə götürməyə heç kim risk etmir. Bu isə ortaya bir neçə sual çıxarıb. Davamı...
Azad SözAvqust 6, 2008 18:02
Bütün ölkə ərazisində Azərbaycan prezidenti İlham Əliyevin portretlərinin yığışdırılması ilə bağlı tapşırığı yerinə yetirilir. Bakının Nəsimi, Yasamal, Qaradağ və Suraxanı rayonlarının İcra Hakimiyyətindən (RİH) APA-ya daxil olan məlumata görə, dövlət başçısının müvafiq tapşırığından sonra dərhal prosesə başlanılıb.
Səbayel RİH-dən isə bildirilib ki, rayon ərazisində dövlət başçısının portretləri ilə bağlı problem olmayıb. Prezidentin portretlərinin asıldığı mağazalara müvafiq tapşırıqlar verilib.

Davamı...
  Yazılar cəmi: 404    Sonrakı səhifə »





© Burada əks olunan fikirlər bizim rəsmi mövqeyimizi əks etdirməyə bilər. Azad Söz tracker