Reklam verin!
Yuma Ailə Jurnalı
 CavidAn - səhra küləyi... : Əbədi An varmı...? Bəlkə inanaq...?!

Navigation


RSS: Yazılar



Romançı, romanın varmı..?

Dekabr 2, 2008 11:32, Bölməsiz, ryabina, Şərhlər(0)

n

Demək belə..." Roman" adlı saytin resmi achilishini elan eleyirik...
Klassik roman, muasir roman, postmodern roman, aile romani, kuche romani, metbex romani, umumiyyetle, bildiyiniz roman ve roman adina bize soxushdurulan her shey haqqinda bu saytda fikirlerinizi yaza bilersiz... Esse yazin, pritcha yazin, hecada yazin, serbestde yazin, tenqid yazin, tehlil yazin, terif yazin, sevdiyiniz/sevmediyiniz romanlardan, roman qehremanlarindan sitat getirin, qisasi, gelin aktiv olar, bu sayti chagdash Azerbaycan edebiyyati'nin - men roman yaziram haa - deye ustumuze lovgalanan butun numayendelerinin kabusuna chevirek... ugurlar... yazilarinizi novarg2000@mail.ru unvaninda gozleyirik...

 Davamı...
Baxış sayı: 16
Açar sözlər:
Bookmark and Share


Bir az da romantika...

Noyabr 29, 2008 19:15, Şeirlər, ryabina, Şərhlər(2)

d

...və
aparar gözlərini
o qadının
ağ qırçınlı
mavi donu
gecələrin
tünd göy-qara
şanjan dənizinə...

 Davamı...
Baxış sayı: 49
Açar sözlər:
Bookmark and Share


Orduda dədəvşina, məktəbdə gədəvşina...

Noyabr 21, 2008 14:43, Publisistika, ryabina, Şərhlər(5)

dg

Bu günlərdə sevgili Qaynar.info-dan oxuyub məlumatlandım ki, bəs, jurnalistlərlə söhbətində ixtisasca həkim olan deputat Musa Quliyev bildirib ki, "Məktəb yaşlı uşaqların mobil telefonlardan istifadəsinin tam əleyhinəyəm. Bu, dünyadakı inkişaf prosesinin əcaib təzahürlərindəndir".
Belə... dünyadakı inkişaf prosesinin əcaib təzahürü demək...

 Davamı...
Baxış sayı: 239
Açar sözlər:
Bookmark and Share


NOVARG...

Noyabr 20, 2008 13:35, Antrakt...burda dincəlin...sakitləşin...söhbət edin...vaxt öldürün...bura sizindir, dostlar..., ryabina, Şərhlər(9)

 

 

n

Aznetin ən güclü virusu..
Forumların, müzakirə və mübahisə məkanlarının ən maraqlı şərhçisi..
Virtual aləmin unudulmayacaq əfsanəsi...
Novarg...

 

 Davamı...
Baxış sayı: 201
Açar sözlər:
Bookmark and Share


17 NOYABR- MİLLİ DİRÇƏLİŞ GÜNÜ...

Noyabr 17, 2008 17:10, Antrakt...burda dincəlin...sakitləşin...söhbət edin...vaxt öldürün...bura sizindir, dostlar..., ryabina, Şərhlər(2)

d

Bu gün Azərbaycanda Milli Dirçəliş Günü qeyd olunur.
1988-ci ilin ilk günlərində Ermənistanın Azərbaycana qarşı açıq təcavüzü başlandı. Moskvanın, xüsusən də SSRİ-nin rəhbəri Mixail Qorbaçovun buna biganə münasibətini görən ermənilər planlı şəkildə, Ermənistan hökumətinin tapşırığı və göstərişilə Ermənistanda yaşayan 200 mindən çox azərbaycanlını öz ata-baba yurdlarından kütləvi surətdə çıxartdılar. Ermənilər azərbaycanlıları təkcə öz ev-eşiklərindən çıxartmır, həm də onları cismən öldürür, diri-diri yandırırdılar.

 Davamı...
Baxış sayı: 73
Açar sözlər:
Bookmark and Share


Co üçün...

Noyabr 14, 2008 13:02, Nəsr, ryabina, Şərhlər(1)

co

 Bir az Parisdən danış...
O zərif qadın qırığından...
O uzaq may səhərindən...
Günəşin təbəssümü də ötən günkündən daha istiydi, onun əlləri də.

 Davamı...
Baxış sayı: 78
Açar sözlər:
Bookmark and Share


Lenin və mən...

Noyabr 14, 2008 11:54, Publisistika, ryabina, Şərhlər(2)

l

Payızın soyuq və heç də romantik olmayan yağışlı günlərindən biridir...
11 yaşlı məktəbli qızını ardınca daşıyıb uzaq bir kənddən məhəlləmizə qədər gələrək ona qatıq , göyərti və feyxoa satdığını qışqırdan gənc qadının pəncərəmi döyməsinə oyanmışam.
Budur, adına min dəfə qara yaxılmasına baxmayaraq (burada nə üçünsə hər ehtimala qarşı yadıma Ağ evə Qara hökumət yaxılması düşür) , ağlığıyla gözlərimi qamaşdırıb yuxumu qaçıran qatıq balonunu alıram. Corabindan çıxartdığı qəpikləri sayıb pulumun qalığını qaytaran qadın yorğun bir halda deyir:
-Nə yaxşı bu dəmir pulları çıxartdılar, heç olmasa bunlara baxırıq, Lenin babanı, sovet hökumətini yada salırıq...pulun da bərəkəti vardı onda, qatığın da , elə adamın da... Davamı...
Baxış sayı: 70
Açar sözlər:
Bookmark and Share


paxlavalardan 6...

Noyabr 14, 2008 11:35, Bölməsiz, ryabina, Şərhlər(0)

p

o
dağların birində
qəhqəhələrim ilişib budaqlara
və səni sevdiyim çağlara...
sən də yoxsan
ilişib qalmısan
uzaqlarda... 
Baxış sayı: 47
Açar sözlər:
Bookmark and Share


Dəniz...yenə dəniz...

Noyabr 7, 2008 11:34, Bu şeir deyil...!-)), ryabina, Şərhlər(16)

ddd 

Dünyadan küsürəm.
İnsanlardan qaçıram.
Yenə saçlarımla küləyə, baxışlarımla dənizə qısılıram.
Nəhəngliyinə, maviliyinə vurulduqca  öz köksüm də qabarır.
- Necə də istərdim sənin kimi olum, dəniz...ay dəniz...-pıçıldayıram.

 Davamı...
Baxış sayı: 279
Açar sözlər:
Bookmark and Share


Rəbiqə...

Noyabr 5, 2008 11:36, Antrakt...burda dincəlin...sakitləşin...söhbət edin...vaxt öldürün...bura sizindir, dostlar..., ryabina, Şərhlər(10)

f

 Davamı...
Baxış sayı: 174
Açar sözlər:
Bookmark and Share



  Yazılar cəmi: 187    Sonrakı səhifə »

Blog Haqqında

ryabina
İblis gəlir, Mələk gəlir
Sənə olan Tək Eşqimi almaq üçün,
Hərə bir cür kələk gəlir
Mənim üçün sadəcə Sən olmaq üçün...


Bölmələr


Arxivlər


Qabaqki yazılar


Keçidlər


Dost bloglar



Açar sözlər


Sayqaç


Müxtəlif



AddThis Feed Button
Add to Technorati Favorites