Filoloqun portreti
Yazar: Cavanşir @ Dekabr 1, 2008 17:02
"... Bir millətin ədəbiyyatı, demək olar ki, onun məişətinin aynasıdır..." Firudin bəy Köçərli.
Bizdə həmişə nədənsə, tənqidçilərdən cəm halda danışırlar. İllər keçir, cəm halından bezən tənqidçilər olur ki, şeirə, nəsrə və yaradıcılığın digər "qaynar" növlərinə girişirlər. Tənqidçilər o qədər azdır ki, onlardan uzun-uzadı danışıb "...və başqaları" demək olmur. Bizdə şairlər çoxdu və bu çoxluğun (tünlüyün) içində "və başqaları" böyük əksəriyyət təşkil edir. Bizdə "tənqidçilər məndən yazmır" deyən şairləri cəmləsən bəlkə bir mikrorayon yaranar. Bunu mən heç sinirə bilmirəm. Bir də tənqidçilərin "heç kəs mənə baxmır" sözcüyünə: adam utanıb yerə girir. Tünlüyün içində insan şəxsiyyəti ilə seçilir. Şəxsiyyətə və onun obrazına baxışın hansı bucaq altında əyaniləşməsi oxunduqca bitməyən bir mətnə bənzəyir. "Cahandar ağanı sadəcə bədii obraz sayanlar yanılırlar, çünki bu obrazda bir sıra ideya-estetik, mənəvi-etik, qnoseloji keyfiyyətlər bir vəhdət halında təzahür edir.

Və həmin keyfiyyətlər vəhdətini öz içərisində yetişdirib zühura çıxarmış bir şəxsiyyət, təbii ki, müdrik şəxsiyyət idi" (Nizami Cəfərov. Klassiklərdən müasirlərə. Səh. 179.). Tənqidçilərdən cəm halında danışsalar da, tənqidçilər təkdirlər və bu təklərin içində ən yalqızı, mənim fikrimcə, Rüstəm Kamaldır. Rüstəm Kamal düşüncəsinə, təfəkkürünə, elmi dünyagörüşünün genişliyinə görə seçilən təklərdəndir. Rüstəm insan kimi əxlaqlı və son dərəcə humanist olduğuna görə, heç kəsə dərs keçmir, bilmirəm, burda kövrəlməyin yeridi, ya yox: Rüstəm mənim ədəbi və əbədi qardaşımdır...
Ələkbər Salahzadə. DAN ÜZÜNƏ FIŞQIRAN QAN (M.Müşfiqin son əksi önündə)
Yazar: Cavanşir @ Noyabr 19, 2008 15:43
...Mən dönərəm,
sən dönməzsən,
Yaşa könül,
yaşa könül.
Mikayıl Müşfiq
«–İşıq verin mənə! – üzümü dəmir qapıya tutub qışqıranda dünyada hardasa belə bir zülmətin ola biləcəyinə hələ də inanmırdım».
Meşa Selimoviç – «Dərviş və ölüm»dən

*
O hardaydı, hara gəldi,
haraydı bura indi?
lay-lay zülmət içiylə
düşdüyü yer diksindi.
Ayağı yana qaçdı,
çiyni divara dəydi.
Elə bil yaralandı
baxışı hara dəydi!
Közərmiş gözlərindən
qığılcımlar saçıldı,
qaranlığın yaxası
bir-iki çat açıldı.
Bozardı qatılığı,
çaşdısa da bir anlıq
toxtayıb
çatlarını
tez sığadı qaranlıq.
Sanki çoxdan nəm çəkib
yumşalmış daş kömürdü;
Qığılcımlar işarcaq
zülmətəcə gömüldü...
Qaston Başlyar. POETİK AN VƏ METAFİZİK AN
Yazar: Cavanşir @ Noyabr 15, 2008 14:43
Qaston Başlyar 27 iyun 1884-cü ildə anadan olub. Valideynləri ticarətlə məşğul olub. Doğma vətənində kollecdə təhsil alıb. Müharibə başlayır. Səfərbərlik. Cəbhədə döyüşən hissələrdə olub.
Səfərbərlikdən az əvvəl nikah. Kiçik qızı Suzanna dünyaya gəlir. 1919-cu ildə cəbhədən tərxis edilir.
Riyaziyyat üzrə bakalavr təhsili.
Müharibədən sonra Bar-sur Aud-da on il kimya və fizika professoru kimi çalışıb. Bu illər ərzində fəlsəfə doktoru təhsilini başa vurur.
Əvvəlcə Dijon, sonra Sorbon fakültəsində professor kimi çalışır.
1962-cı ildə Parisdə vəfat edib.
Onun dövründə bir sıra elmi yeniliklər baş verir… Hersin əsərləri (elektromaqnit dalğalarının kəşfi - 1886); Rentgen (rayon X - 1895); Pyer və Mari Küri(radium - 1898); Eynşteyn (Nisbilik nəzərəiyyəsi - 1905); Ruterford (atomun süni parçalanması - 1918); Lui dö Brojil (dalğa mexanikası - 1923); Heysenberq (kvant mexanikası - 1924)....I
Poeziya – ani metafizikadır. Yığcam şeirdə poeziya hər şeyi bir anda ifadə etməlidir - dünyanı necə görməsini və insan qəlbinin sirlərini, şəxsiyyəti və predmeti. Poeziya zamanının dalına düşdükcə, süründükcə həmişə həyatdan kiçik olacaq, həmişə kiçiləcək; yalnız həyatı dayandırmaqla və yalnız sevinclə əzabın ani dialektikasını yaşamaqla, poeziya həyatı ötüb keçə bilər. Buna uyğun olaraq, o, hətta rabitəsiz şeylərin “bitişdiyi” halda da sinxronizmin təcəssümüdür.
Digər metafizik təcrübələr sonsuz girişlərdən təşkil olunsa da, preambula, prinsiplər, metod və sübutlar poeziyaya yaddır. O, şübhəni belə rədd edir. Ehtiyac duyduğu yeganə şey sükutdur, sakitliyin prelyudiyasıdır. Buna görə də o, hər şeydən qabaq, sözün tərk-silah edilməsinə çalışır, bununla da prozanı və oxucunun ürəyində uzaqdan-uzağa olsa da hər hansı bu kimi fikrə və ya səsə işarəni susmağa məcbur edir.
LAST WORD OF GANIMAT ZAHID...
Yazar: Cavanşir @ Noyabr 11, 2008 15:42
“I consider myself honest and powerful before such rotter intrigues, such immoral slanders and absurd claims”
The novel by well-known Turkish writer Orhan Pamuk “My name is Red” portrays such a complaint of one of characters: “It has to be taken into account that we are engaging in painting in a Muslim country”. The readers of this novel are aware of the fact that it depicts in words the life of painters residing in the territory of the Ottoman state of 17th century and their positions with respect to the state and the society. And the expression “we are residing in a Muslim country” is pronounced in this context: as the sharia laws were against painting and painters, the secular laws didn’t protect them. The danger is always in a close and sensible distance.
Patrik Dövil. NORDLƏND (hekayə)
Yazar: Cavanşir @ Noyabr 7, 2008 19:01
1957-ci ildə Sənt-Brevəndə doğulan Patrik Dövil Nantda fransız ədəbiyyatı ixtisası üzrə təhsil almış, iki magistr dərəcəsi qazanmışdır. 23 yaşında Fars Körfəzi ölkələrinin birində mədəniyyət attaşesi təyin edilir. İki ildən sonra fəlsəfə dokotoru olur və xaricdə tədrislə məşğul olur. Uzun müddət Əlcəzair, Havana və Nigeriyada yaşayıb....
İlk romanı - Ağ Lent 1987-ci ildə Minuit nəşriyyatında çap edilir. Bir il sonra çap edilən Uzun-uzadı Baxış romanı ilk uğuru hesab edilə bilər, bu əsəri ona qədər xarici dilə çevrilir. Adı çəkilən nəşriyyatda digər romanları da çap edilir : Süni yanğın və Mükəmməl qadın (1995). 2001-ci ildə Sənt-Nazerdə yerləşən Xarici Yazıçılar və Tərcüməçilər Evinin direktoru seçilir və onun təşəbbüsü ilə Latın Amerikası Ədəbiyyat mükafatı təsis edilir. Son romanı «Pura Vida – Uilyam Valterin həyatı və ölümü» Söy nəşriyyatında çap ediləcəkdir. İntervüsündən: «... Bu gün istənilən yazıçının əslində nə demək olmasını ifadə etməkdə gücsüzəm (...). Bildiyim budur ki, bu sözün bətnində sürgün, yaxud könüllü tənhalıq, həm də dünyanın heç yerinə bağlanıb-qalmama iradəsi var (...) Bilirəm ki, yazıçılar xəyallarının çin olmadığı uzaq yerlərin axtarışındadırlar. Yazıçılar duman içində azmış üzgüçülərdir (...) Ən böyük yazıçı bu sürgünün içindən özünə qəribə gözəllik yaradandı…»
DON KIXOT
Yazar: Cavanşir @ Noyabr 6, 2008 15:09
«Bütün janrların içərisində təkcə roman yazıdan və kitabdan cavandır və təkcə o, hansısa qavrayış obyekti olmağa, yəni oxunmağa meyllidir. Ən əsası isə budur – romanın digər janrlar kimi daşlaşan kanonu yoxdur. Romanın yalnız ayrı-ayrı nümunələri tarixən «sümükləşmişdir», ancaq bu, heç də janrın özünün kanonu deyildir. Digər janrların tədqiqi ölü dillərin tədqiqinə bənzəyir; romanın araşdırılması isə canlı, üstəlik cavan dillərin öyrənilməsinə bənzəyir» (Baxtin.).

Baxtinin yuxarıda sitat verilən fikri ilə mübahisə də etmək olar, xüsusən ölü-canlı dil qarşıdurması məsələnin mahiyyətini açıqlayan bir fikir yox, sırf epitet, məcaz səviyyəsindədir. Hekayə, novella, komediya və faciənin – bu qəlibə hazır şəkildə oturuşmuş janrlar heç də ölü dil səviyyəsində deyillər, xüsusən komediya janrı barədə bütün bunları söyləmək doğru deyildir.
RUHÜLQÜDS – DANIŞAN RUH
Yazar: Cavanşir @ Noyabr 5, 2008 10:52
Bəzən olur ki, söhbət zamanı ən mütərəqqi, ən proqressiv fikir və ideyaların hələ də cəmiyyətə, insanların «qavrama praktikasına» daxil olmadığının şahidi olursan. Budur «qəhrəmanlarımız»dan biri danışır, kiminsə əsərlərini vurub-dağıdır, daşı daş üstdə qoymur, bir qırıq (...şülək) rəhm yeri də qoymur. Sünidir, inandırıcı deyil, vəssalam. Məyus olursan, görürsən ki, bu «azadlığın hürr balası» öz mülahizələrində yalnız «elmdəki vahabiliyin» olar-olmaz qütblərindən çıxış etmiş, məqsəd səni inandırmaq yox, ədəbi meyarların, bütövlükdə isə ədəbiyyatın heç nəyə yaramadığını açıqlamaq (...üzünə çırpmaq) olmuşdur. Bu yerdə bir şer parçası yada düşür: batırır könlümə yar xəncər mənim, deyin iynə yoxmu, tikan yoxmudur!?

Məmməd ORUC. «İTMİŞ HEKAYƏ»NİN BİTMİŞ VARİANTI
Yazar: Cavanşir @ Noyabr 4, 2008 13:30
«İtmiş hekayə» çap olunandan sonra məlum oldu ki, yazının bərpası zamanı ən vacib məqamı unutmuşam.
Müəllif
- Mən sənə görə xəcalət çəkirəm…Bu, doğmaca qızının üzünə dediyi sözdü və çox güman ki, bu söz olmasaydı, heç o hekayəni yazmazdı, o rəssamın obrazını yaratmazdı.Hekayənin toxumu ürəyinə o sözdən sonra düşdü. Axı, nədən elə yaşayıb ki, qızı ona görə xəcalət çəkir?
O hekayəni yazmaqla özünə haqq qazandırmaq, özünü təmizə çıxarmaq niyyətində deyildi. Sadəcə ürəyini boşaltmaq istəyirdi, amma bununla belə bir neçə ay götür-qoy elədi ki, onu yaşamağa qoymayan, rahatlığını alan o hekayəni qələmə alsın, ya yox?Əslində narahatlığının min bir səbəbi vardı; hansını söyləyəsən? Hətta qızı ərə gedə bilməməsinə görə də onu günahkar sayırdı.
- Atası bir mənsəb sahibi olsaydı, indi yüz yerdən üzünə qapı açılmışdı, gözəl-göyçək qızdı, nə olub ona?
Bu, arvadının fərziyyəsi idi, amma tez-tez qohum-qardaş yanında ona eşitdirirdi.
Qız ali təhsilli həkim olsa da, yaşı otuzu haqlasa da, hələ ki, bir halal yerdən adını tutan yox idi və bu, onsuz da ona ağrı-acı gətirirdi.
L'air de Bakou. Written by Bertrand Renouvin. Friday, 18 August 2006
Yazar: Cavanşir @ Oktyabr 23, 2008 17:27
Le directeur politique du journal «Royaliste» a fait ce voyage en Azerbaïdjan en juillet 2005
Pourquoi l'Azerbaïdjan? Parce que Shaïn Sinaria, écrivain et cinéaste né là bas, avait su, en quelque sorte, me mettre l'eau à la bouche: «Tu arrives à Bakou, tu respires le pétrole. Tu as soif, très soif. Alors tu bois vodka, beaucoup de vodka. Et tu deviens fou de bonheur!»
Elle aussi native de Bakou, mon amie Aygune («Lune Soleil») m'avait maintes fois incité à visiter son pays. C'est le jour de son mariage avec Oumar, Tadjik venu comme elle faire ses études à Paris, que ma décision fut prise: en juillet, cap sur la capitale et sur elle seule, faute de temps, en compagnie de ma fille Nathalie.
J'avais imaginé la superbe arrivée d'un avion descendant vers la Caspienne après avoir survolé le Caucase au soleil couchant...
"Körpü" jurnalına müsahibə
Yazar: Cavanşir @ Oktyabr 6, 2008 12:42
Bu söhbətləşməni təxminən il yarım qabaq "Körpü" jurnalının baş redaktoru, dünyanın 1 nömrəli tənqidçisi Əsəd Cahangir aparmışdı. Çap prosesində bu yazının məhz həmin jurnalda nəşr edilməsini istəmədim. Birinci səbəb o idi ki, sullar şəxsi qərəz xarakteri daşıyırdı, kimisə vurmaq (yəni kiminsə düşmənini vurmaq)... Aradan keçən vaxtda meydana gələn bəzi hadisələr (xüsusən "Kultazdakı oyunlar") bu yazının çapını zəruriləşdirir.
Cavanşir YUSİFLİ.



