Sədaqət və sevgi
"Döyüşçü" və "Cəsur ürək" filmlərinin müqayisəsinə dair
Cənubi Koreya rejissoru Kim Sun Sunun 2001-ci ildə ekranlaş-dırlımış "Döyüşçü" filminə baxana qədər elə bilirdim ki, məşhur Hollivud ulduzu Mel Gibsonun rejissorluq etdiyi və baş rolu oynadığı, şotlandların on üçüncü əsrin sonu, on dördüncü əsrin əvvəllərində ingilislərə qarşı milli-azdalıq mübarizəsinə həsr olunmuş "Cəsur ürək" filmi (1995) dünya tarixi kinosu, ümumən dünya kinosunun son həddidir və bu həddi keçmək üçün illər gəlib keçməlidir. Filmin adının indinin özündə də mənə bayağı belletirst, yaxud detektiv romanların, əttökən melodram və teleserialların sərlövhəsini yada salmasına baxmayaraqg Hollivud filmləri həvəskarlarına "Ağılsız Maks", "Öldürücü silah", "Sui-qəsd nəzəriyyəsi", "Qadınlar nə istəyir?", "Əbədi gənc", "Hamlet" və s. filmlərdən yaxşı tanış olan Gibson, rejissorluq etdiyi "Cəsur ürək", "Vətənpərvər", "İsanın ehtiras-ları" və digər filmləri ilə çağdaş kino sənətinin əlçatmaz zirvələrini fəth edib.
Gibson , şübhəsiz ki, nəhəng aktyor və elə bir o qədər də böyük rejissordur. Məncə, onun çoxlu sayda başqa Hollivud ulduzlarından - Kerq Duqlas, Enteni Hopkins, Klint İstvud, Cerar Depardye, Maykl Duqlas, Riçard Gir, Tom Kruz, Nikolas Keyc, Bred Pitt, Di Kapriodan vacib bir fərqi var - Mel, sadəcə, istedadlı sənətçi yox, həm də Allahın xüsusi vergi verdiyi, əksəriyyətə qaranlıq ilahi sirlərə agah olan seçilmiş insandır. Buna inanmaq üçün təkcə elə aktyorun "Cəsur ürək" filmində gərgin məqamlarda hər dəfə üzə çıxan baxışlarını yada salmaq kifayətdir - hansısa metafizik, ilahi aləmlərə məxsus mənalar ifadə edən, bu dünya və onun qanunlarından uzaq sirlərlə dolu baxışlarınıg Əgər mübaliğə kimi səslənməsəydi, böyük aktyorun baxışları ilə dünya kino sənətinə baxışın yeni mərhələyə keçdiyini də demək olardı. Təsadüfi deyil ki, "Cəsur ürək"dən sonra ekranlaşdırılan "Qladiator", "Troya" və digər ən yaxşı tarixi kino-filmlərdə Melin təcrübə-sindən bəhrələnmə hiss olunur. Məsələnin nisbətən zahiri tərəfini - onun "Cəsur ürək"dəki Uilyam obrazının təkcə şotlandlar yox, dünyanın bütün xalqları üçün AZADLIQ idealına çevrildiyini qeyd etmək isə bəlkə də artıq-dır. "Döyüşçü" filmi fikrimi alt-üst etdi, Mel Gibson mifimi dağıtdı.
"Döyüşçü"nün əksər personacları, xüsusən də bütün film boyu cəmi bir neçə sözü olan qul oğlan tamam başqa bir aləm - guya ki, özümüzün saydığımız, amma tamamilə xəbərsiz olduğumuz Şərqin yavrusudur. "Cəsur ürək"lə "Döyüşçü"nün qarşılıqlı təhlili barədə ən yaxşı sözü, şühbəzsiz ki, amansız Hollivud tənqidçiləri deyə bilərlər və məqsədim bu filmləri müqayi-səli-tipoloci araşdırmaya cəlb etmək deyil. Axırı Şərq-Qərb qarşıdurması kimi nəhəng məsələyə gətirib çıxaran bu işi, yəqin ki, xüsusi yazı mövzusuna çevirmək daha yaxşı olardı. Hər iki film belə bir qarşılaşdırmaya tamam layiqdirlər. Amma, yeri gəlmişkən, burda mövzumuzla bağlı bir-iki söz demək pis olmazdı.
"Cəsur ürək"in qəhrəmanı Uilyam üçün ən böyük problem - fərdi mənini ideyası uğrunda qurban verməyin doğurduğu nəhayətsiz iztirablar "Döyüşçü"nün qəhrəmanına yabançıdırg Ayda, Marsda, Yupiterdə, hətta Neptunda baş verənlərin bizə nə qədər dəxli varsa, bu problemin də qul gəncə bir o qədər dəxli var. Sevdiyi qızın yolunda qurban getmək onun üçün insanın çörək yeməsi, su içməsi, döyüşçünün nizə oynatması kimi adidən də adi bir işdir: gözünü qırpmadan sinəsini sevgili şahzadəni öldürmək istəyən monqol sərkərdəsinin nizəsinə sipər edir və həlak olur... Onun ən böyük mükafatı ağır yaradan öldüyü son anda özünü şahzadənin sevimli qolları arasında görməkdir! Bu gənc döyüşçünün düşüncəsində ümumən "mən" anlayışı, eqo söhbəti yoxdur.
Uilyam qudurğan ingilis lordlarına qarşı mübarizəyə sevdiyi qızın üstündə başlayırg İngilis kralı ərə gedən şotland qızlarının "birinci gecə" haqqını öz gələcək ərlərinə deyil, kralın yerlərdəki zabit və əsgərlərinə bəxş edən qanun qoyur, daha doğrusu, nə vaxtsa mövcud olmuş, sonralar unu-dulmuş bu murdar ənənəni milli-azadlıq həyəcanı getdikcə güclənən şotland-ları mənən əzmək məqsədilə bərpa edir. Bir-birini uşaqlıqdan sevən Uilyam və Marion bu murdar qanundan yan keçmək üçün meşədə gizlicə kəbin kəsdirirlər. Casus məsələni ingilislərə xəbər verir və kralın əmrini pozmağın cəzasız qalmadığını sübut etmək üçün ingilis kapitanı qızın boğazını xəncərlə üzür. Sevgilisinin qisasını almaq üçün həmkəndliləri ilə birilkdə silaha sarılan Uilyam tezliklə şotlandların incilislərə qarşı milli-azadlıq hərəkatının başçısına çevrilir. Onun mübarizəsi keyfiyyət çevrilməsinə məruz qalır, ənə-nəvi filoloci dillə desək, ictimai-siyasi mündəricə kəsb edir, vətən torpaqları uğunda döyüşlər miqyası qazanır, yəni nəticə etibarilə, torpağa bağlanır.
Doğrudur, Uilyam Allahı heç vaxt unutmur, ən gərgin məqamlarda Yaradana üz tutur, döyüşqabağı bütün ordu ilə birlikdə qələbə üçün dua edir, maral ovu zamanı bir xainin qılıncından xilas olduqda ani baxışla - yuxarıya tərəf baxmaqla Gözəgörünməzə minnətdarlığını bildirir. Bununla belə, son məqsədi doğma torpaqlarını yadellilərdən azad etmək olan Uilyam daha çox torpaq adamıdır və bu, məntiqidir - torpaqdan yaranmış torpaq adamı olmalıdır.
İnsan torpaqdan yaranan bədənlə ruhdan ibartədir və onun əsası, mahiyyəti bədən yox, ruhdur. Qərbli isə həmişə ruha yox, bədənə önəm verir. Yəqin bu cəhətinə görə Uilyam onu ruhani etmək istəyən dayısının arzusu xilafına dünyəvi adam olmaq istəyir: bir koma qaralayıb ailə-uşaq sahibi olmaq, torpağı əkib-becərmək, övladlarını böyütməkg O, ümumən, torpaqdan yaranmış bədənini gözəl duyur, cismi sanki ona ağırlıq edir. Edam ərəfəsində ona vurğun gələcək ingilis kraliçasının verdiyi ağrıkütləş-dirici dərmanı qəbul etməsə də, əzablara ləyaqətlə dözmək üçün Allaha dua edir. Hətta insafsızlıq olmasa, onun məğrur, cəsur, qorxubilməz ruhunun, dönməz iradəsinin edam ərəfəsində zəiflədiyini də demək olar. Rejissor bütün qeyri-adiliyi ilə birlikdə qəhrəmanın hamı kimi təbii insani ağrılar
çəkdiyini göstərmək istəyir, yaxşı da edir. Çünki Avropa adamı belədir və rejissor onu özündən uydurmamaqda haqlıdır. Ölüm yox, həyat avropalının düşüncəsini məşğul edən başlıca problemdir. Edam ərəfəsində gələcək kraliçanın sağ qalmaq üçün "kraldan əfv diləmək" xahişinə Uilyamın cavabı da bunu göstərir: "Hamı ölür, amma hər adam əsil həyatın nə olduğunu bilmir". Buna görə hətta ən qorxmaz qərbli belə ölümdən qorxur, çünki ölümlə tanış deyilg Yadelli düşmənlərə qarşı azadlıq mücadiləsində qorxu-hürkünün nə olduğunu bilməyən Uilyam daxilindəki ən qəddar düşmənə - ölüm qorxusuna üstün gələ bilmir və rejissor bunu nəinki gizləmir, hətta belə bir şeyi ağlına da gətirmir. Çünki onun özü də düşüncəsinin tipinə görə qərb-lidir. Hansısa amal uğrunda ölümə getmək, nəhayət, bu yolda ölüm Qərb düşüncəsinin "patolokudur", eləcə də Mel Gibsonun. Qərbli üçün bundan böyük qəhrəmanlıq yoxdurg
"Döyüşçü"nün qəhrəmanı istər fiziki, istərsə də ruhi baxımdan tamam başqa parametrlərin, keyfiyyətcə fərqli ölçülərin təmsilçisidir. Uilyamdan fərqli olaraq "Döyüşçü"nün qəhrəmanının daxilində ölüm qorxusu yoxdur. O ölümü əvvəldən (hətta əzəldən!) qəbul edərək döyüşə girib, bu döyüşdə sağ-qalıb qalmamaq onun üçün problematik əhəmiyyət daşımır. O, azad həyat naminə döyüşmür, həyat onun üçün sadəcə döyüşdür, əvvəldən axıra qədərg O, nə vaxtsa azad, firavan həyat qurmaq üçün döyüşmür. Çünki belə bir həyatı qurmağın qeyri-mümkünlüyü ona məlumdur. Buna görə başa düşür ki, mövcudluğun bircə üsulu var - döyüş! Döyüşdən o yana onun üçün heç nə yoxdur. O, dünyanı, həyatı və ölümü döyüşçü kimi qəbul edən, ölümə daxilən hazır kamikadzedir. Onun bütün əxlaq və davranışını səciyyələndirən üsyan və mübarizədən daha çox, sədaqətdir. O, öz sevgilisinə, ağasına, vicdanına, Allahına SƏDAQƏTi ilə böyükdür!
Uilyamın sevdiyi qızın xatirəsinə sədaqəti simvolik səciyyə daşıyır: o, özünə yeni sevgili tapır - ingilis kralının gəlini. Bu yeni sevgi əvvəlki əsil sevginin dublikatıdır - gələcək kraliça şotland milli qəhrəmanına öldürülmüş sevgilisini xatırladır. Uilyam ölənə qədər sevgilisinin zifaf gecəsi bağışladığı dəsmalı əlindən yerə qoymur. Sevginin və sədaqətin rəmzi olan dəsmal sonra bütöv bir xalqın azadlıq mübarizəsinin, doğma torpağa ümumxalq sədaqətinin rəmzinə çevrilir. "Döyüşçü"nün qəhrəmanı sevgilisinin dəsmalını nizəsinə bağlayıb döyüşlərə atılır və döyüş bitdikdən sonra dəsmalı qıza qaytarır - o, sevginin simvolunu yox, özünü istəyir. Uilyamdan fərqli olaraq sevgilisinin öldürüləcəyi təqdirdə o, bütün dünya ilə döyüşə girib həlak olar, amma dəsmalla təsəlli tapa bilməzdi. Uilyam sevdiyi qızı ölümdən qurtara bilmir, o, isə bu işi dəfələrlə yerinə yetirir və axırda özünü sevgilisinə fəda edir. O, əsil aşiq, əsil fədaidirg
Qadın kişinin bədəni, kişi qadının ruhudur. "Cəsur ürək"də bunlar bir-birindən ayrılıblar, hərəsi bir dünyadadır - biri o biri, digəri bu dünyada, yalnız yuxularda bir yerdə olurlar. Qərbli üçün ruhla bədənin birliyi bir yuxudur. Buna görə sevgilisi yalnız edam meydanında dəhşətli işcəncələrdən sonra ölmək üzrə olan Uilyamın ziyarətinə gəlir: iki ruh qovuşur. "Döyüşçü"də qadınla kişi - bədənlə ruh bir yerdədir. "Döyüşçü"nün qəhrə-manının hərəkətləri adam yox, ruha məxsus hərəkətlərdir. O adamlıqdan çı-xıb, amma heyvan səviyyəsinə enmək yox, ruh səviyyəsinə qalxmaq şərtiləg
Bütün cəldliyinə baxmayaraq, yonulmamış daşlardan tikilmiş şotland komaları üstündə sınıq-salxaq xətlər üzrə qaçan Uilyamdan fərqli olaraq, onun hərəkətləri heç yerdə qırılmır, sınıq xətt yox, dairəvi səciyyə daşıyır. Külək burulğanları kimig Sanki qaçmır, uçur, döyüşmür, rəqs edir. Onun əsas ünsiyyət vasiətsi də nitq yox, ruha məxsus şəkildə sükütdur, baxışlardır, telepatiyadır. Uilyamın yalnız ən gərgin məqamlarda ani olaraq gedib çatdığı o baxışlar "Döyüşçü"nün qəhrəmanı üçün gündəlik səciyyə daşıyır. O təkcə baxışları yox, bütün varlığı ilə ruhaniləşmiş vücuddur.
"Döyüşçü"də hər hansı bir personac üçün sədaqət xasdır. Bu sədaqət-ləri ilə onlar nəiynsə köləsidirlər::
- monqol sərkərdəsi əlini qılıncla kəsib and içmişdi ki, qonşu ölkənin şahzadəsini əsir gətirəcək. O, bu iş uğunda axıra qədər vuruşur və həlak olur;
- şahzadəni bütün səhra boyu mühafizə edən dəstənin başında duran general qıza verdiyi söz və öz eqosunun, nəfsinin quludur. O, qızı sevir və buna qurban gedir;
- dəstədə olan məşhur oxatan ailə-uşağının yanına qayıtmaq istəyir, valideynlik borcunun quludur;
və s. və s. və s.
Yalnız başlıca qəhrəman - cənc qul öz ruhunun və öz Allahının, öz ürəyinin və öz sevgisinin quludur. Ən azad insan özünü daxilən azad hiss edəndir! Hətta şah da kölədir - hakimiyyət, taxt-tac köləsi! Ağası onu qul-luqdan azad etdikdən sonra qul oğlan ən azad adamdır. Onu sevgidən başqa dünyaya bağlayan heç nə yoxdur. Onu əsir edən şahzadə və onun sevgisidir. Bu sevgiyə görə o bütün səhranı dəstə ilə birilkdə keçib getməyə razı olur, özünü dəfələrlə ölümə atır, insan fədakarlığının ağlagəlməz nümunələrini göstərir, dünyanın ən dəhşətli qorxusuna - ölümə qalib gəlir, amma özü-özündən azad ola bilmirg
Azadlıq deyilən şey əfsanədir, ən azad insan yalnız özünə tabe olan-dırsa, o da azad deyil. Yeganə azadlıq ölümdürsə, o da sual işarəsi altındadır. Kim bilir ki, ölümdən sonra bizi nə gözləyir?
Beləliklə, Uilyamın uğrunda mübarizə apardığı ideal - Azadlıq "Döyüşçü" və DÖYÜŞÇÜnün kontekstində öz mütləq məna və əhəmiyyətini itirir. Azadlıq illüziya, demokratiya bəzəkli yalandır! Şahından tutmuş dilən-çisinə qədər hamı kölədir: bu dünyada ən yaxşı halda özünün, o dünyada özlər özünün - Allahın!
Beləliklə, insan nədənsə, hansısa vəzifə və mükəlləfiyyətdən, borcdan azad olmaq barədə yox, onu Yaradana sədaqətli olmaq barədə düşünməlidir. Onu ancaq SƏDAQƏT xilas edə bilər. Sevgi isə SƏDAQƏTin sınaqdan keçirilməsi üçün olsa-olsa bir vasitədir.
Uilyam da sədaqətlidir, amma onun üçün ən vacibi sevgidir.
Döyüşçü də sevir, amma onun üçün sədaqət daha vacibdir.
"Zərif" şairənin kobud səhvləri
"Bir yarpaq. Türkiyə qadın şeri antologiyası" haqqında. Bakı, "Yurd" NPB-200, çevirəni Narıngül
Son illər müxtəlif dünya xalqları, eləcə də türk xalqları ədəbiy-yatlarından çoxsaylı tərcümələri görəndə öncə sevinirsən. Amma bəzən başdan bir neçə cümlə, yaxud misra oxumağın kifayət edir ki, bu ovqatın alt-üst olsun - adamı naşı bir xaltura havası vurur, elə bil ki, təndirin istisi üzünü qarsalayır...
Bu yazıda sözügedən təzahürlərə bariz nümunə kimi "Yurd" nəşriy-yatında "Dünya ədəbiyyatı books" seriyasından çap olunmuş "Bir yarpaq. Türkiyə qadın şeri antologiyası" kitabı haqqında danışmaq istəyirik. Məlumatı olmayan oxucular üçün bildirək ki, kitabda on beşinci yüzildə yaşamış Mehri xatından çağımıza qədər beş əsrlik dövrü çevrələyən Türkiyə şairələrinin şerləri toplanıb. Kitabın redaktoru Səlim Babullaoğludur. Kitabda toplanmış materialları Azərbaycan türkcəsinə, S.Babullaoğlunun dili ilə desək, çağdaş şerimizin "zərif nümayəndələrindən" olan Narıngül uyğunlaşdırıb. Kitab Atatürk Mərkəzinin maliyyə vəsaiti hesabına, Mərkəzin direktoru, akad. Nizami Cəfərovun təqdiredici (!!!) məzmunlu ön sözü ilə işıq üzü görüb. Yeri gəlmişkən deyək ki, vaxtilə hər fikrinə az qala bir ayə kimi inandığımız N.Cəfərovun hər hansı müəllif, yaxud kitab haqqındakı rəyinin ciddiyyəti və fikirlərinin səmimiyyətinə artıq neçə illərdir ki, inamımızı itirmişik. Odur ki, xalis xaltura numunəsi olan bu kitaba yazı-lan ön söz də bizi qətiyyən təəccübləndirmədi. Bununla bərabər N.Cəfərovun öz "dəyərli" ön sözündə ehtiyatlı tərpənib tərcümənin keyfiy-yəti barədə heç bir qəti fikir söyləmədiyi də hiss olunur.
N.Cəfərov sovet dövründə bir qayda olaraq ateist-materialist mark-sizm-leninzm fəlsəfəsinə əsaslansa da, müstəqllik dövründə ideoloci yönünü diametral surətdə dəyişərək dini-metafiziki fəlsəfəyə keçib və yəqin buna görə ön sözünü "Tövrat"dan gələn "Biz insanı özümüzə bənzər yaratdıq" kimi məşhur haqq kəlamı ilə başlayır. Amma kitabla tanış olandan sonra görürsən ki, nə ilə başlayırsa başlasın, bu, sadəcə olaraq, zamanın mənəvi-psixoloci iqliminə uyğun bir dəbdir və ön sözdə əslində haqdan əsər-əlamət belə yoxdur. "Qadının içi təkcə fiziki mənada deyil, həm də metafiziki anlamda ən mükəmməl, ən sirli yaradıcı laboratoriyadır" deyən N.Cəfərovun ön söz yazdığı kitabın içinə qətiyyən girmək istəmədiyi şübhəsizdir. Bunu onun bilet ətrafında danışmağı xatırladan aşağıdakı sözlərindən də görmək olur: "Bu kitabı əhəmiyyətli edən ilk növbədə qadınların həyatımızdakı yeri və əhəmiyyətidir - bu haqda yuxarıda danışdıq. Digər tərəfdən qardaş Türkiyə qadın poeziyası nümunələrinin, hər şairədən bir şeir olsa belə, bu qədər böyük siyahıyla və ilk dəfə təqdim olunması da təqdirəlayiqdir." Gördüyümüz kimi, ön sözün müəllifi bədii-estetik keyfiyyət məsələsinə qətiyyən toxunmayaraq öz fikrini sosial amillər və kəmiyyət faktoru ilə əsaslandırmağa çalışır. O, ön sözün son sözlərini də müəmmalı tərzdə bitirir: "Əlbəttə, çağdaş poeziya-mızın maraqlı imzalarından biri Narıngül xanımın bu işi boynuna götürməsi vacib amildir. Qadınlar bir-birlərini daha yaxşı başa düşməlidir." Lakin təəssüf ki, N.Cəfərovun bu səxavətli ehtimalını da tərcüməçi doğrultmur, çünki kitabı oxuduqdan sonra aydın olur ki, Narıngül xanım Türkiyə şairələrini qətiyyən başa düşməyib.
N.Cəfərovun ön sözdə ehtiyatlı tərpənib kitabı az tərifləməsindən dolayı narahat olan S.Babullaoğlu akademikin rəyi ilə kifay1ətlənmir və son illər Azərbaycan türkcəsindən Türkiyə türkcəsinə çevirmələr yapmış yazıçı-tərcüməçi Yasemin xanım Bayərin də ön sözünü kitaba daxil edir. Yasemin xanım Allah insafvermiş isə, görünür, Azərbaycan türkcəsini N.Cəfərov qədər bilmədiyindən kitabdakı tərcümələri az qala İstanbul körpüsü ilə müqayisə edir: "Şair və tərcüməçi hörmətli Səlim Babullaoğlunun tərtibçiliyi və redatorluğu ilə hazırlanan bu kitab bir tərəfdən Türk qadın poeziyasını, bu poeziyanın ilıq, mərhəm duyğu əsintisini Azərbaycan oxucusuna tanıt-dırırsa, digər tərəfdən ədəbi əlaqələrimiz acısından (bu sözdəki orfoqrafik xəta bizim deyil) çox əhəmiyyətli bir iş kimi yadda qalacaqdır". Bizim fikrimizcə isə, kitab nəinki "çox əhəmiyyətli" bir iş kimi yadda qalmayacaq, ümumən yada düşməyəcək. Çünki nəyisə yadda saxlamaq üçün əvvəlcə gərək onu oxuyasan. Bu kitabdakı "çevirmə"ləri oxumaq isə Tantal əzabı kimi bir şeydir.
Kitabın işıq üzü görməsindən bir gün keçən kimi ən müxtəlif ədəbi-bədii və siyasi mətbuat orqanlarında elə bir hay-küy başladı, elə bir bum qaldırıldı ki, elə bil Dostoyevskinin "Karamazov qardaşları" romanının çoxdan gözlənilən tərcüməsi, nəhayət ki, gerçəkləşmişdi. Bizim üçün ən qəribəsi bu reklam hay-küyünə ciddi bir nəşr hesab etdiyimiz "Ədəbiyyat qəzeti"nin də qoşulması oldu. Çünki qəzetin baş redaktoru A.Vəfalını yalançı hay-küdən uzaq, tərif və reklam məsələlərində çox ehtiyatlı, özü də haqqına ethiyatlı bir adam kimi tanıyırıq. Başa düşüləndir ki, baş redaktorun haqqında yazı dərc etdiyi bütün kitablarla şəxsən tanış olmaq imkanı yoxdur. Amma, məncə, Ayaz müəllimin bunu öz işçilərindən tələb etmək imkanı və səlahiyyəti var.
Təsəvvür edin ki, qəzetin əməkdaşı A.Əhmədoğlu (Aydın Əbilov Xan) S.Babullaoğludan kitabla bağlı müsahibə alır və bu "maraqlı layihə"nin meydana gəlmə səbəblərini soruşur. Redaktor isə elə ilk cavabındaca kitad-ban xəbəri olmadığını bildirən səhvlərə yol verir: "Qaldı kitabın tərtibinə, Türkiyə divan ədəbiyyatının nümayəndələrindən, Mehri xatundan başlayaraq, indiki dövrü də əhatə etməklə, səksənə yaxın qadın şairənin - hərəsindən bir şeir olmaqla - əsərləri bizim antologiyaya daxil olunub. Nəşrə divan dövrü şairlərindən Fıtnat xanımın, Leyla xanımın, Zeynəb xanımın, Münəccimə xanımın, Cümhuriyyət dövrü şairlərinin - Yaşar Nəzihə Bükülməz, Halidə Nüsrət Zorlutuna, müasirlərimiz olan Gültən Akın, Sənnur Sezər, Leyla Şahin, Aytən Mutlu, Məlisə Gürpınar kimi ictimai düşüncəli şeirlər yazan qadınların, habelə Gülsəli İnal, Lalə Müldür və Türkiyənin Svetayevası hesab olunan Nilgun Mərmərənin və başqalarının poetik nümunələri daxil edilib". Kitabı ələk-vələk eləsək də, burda nə Münəccimə xanım, nə də Yaşar Nəzihə Bükülməz adlı şairələrə rast gəlmədik. Dərhal Z.Freyd, yaxud K. Yunqu yada saldıq və fikirləşdik ki, yəqin intervyü verməmişdən əvvəl Səlim onlardan hansınınsa yuxu haqqındakı əsərini oxuyub. Amma elə ki, möhtə-rəm Yasemin xanımın kitaba yazdığı ön sözü oxuduq, gördük ki, yanılırıq. Sən demə, S.Babullaoğlu öz intervyüsündəki fikirləri sadəcə olaraq Yasemin xanımdan iqtibas edibmiş. Aşağıda Yasemin xanımdan gətirilən sitatlarla S.Babullaoğlunun intervyüsündən gətirilən sitatları müqayisə etsəniz, bunu siz də görə bilərsiniz: "Səlcuqlu dövrünə aid ilk qadın şair Münəccimə xatun, Osmanlılar dövründə tanınan ilk türk qadın şairləri isə Mehri Xatın və Zeynəb Xatındırg
g Cümhuriyyət dövrünün önəmli qadın şairləri Yaşar Nəzihə Bükülməz, Halidə Nüsrət Zorlutuna, müasirlərimiz Gültən Akın, Sənnur Sezər, Leyla Şahin, Aytən Mutlu, Məlisə Gürpinar kimi ictimai şerlər yazan qadınlar, habelə Gülsəli İnal, Lalə Müldür və (Marina Svetayeva, Sylvia Pltah kimi intihar edən) Nilgun Mərmərə kimi daxili dünyaya yönəlik şeirlər yazan qadın şairlərdən başqasını xatırlamaq hər halda çətindir." İnsafən S.Babulla-oğlu Yasemin xanımın ön sözünə orfoqrafik bir oricinallıqla yanaşır: əvvəla, "Münəccimə xatın" ifadəsini "Münəccimə xanım"la əvəzləyir, ikincisi isə Marina Sevtayevanın adını mötərizədən çıxarır.
S.Babullaoğlnun redaktorluq etdiyi kitaba barmaqarası münasibətini göstərən yalnız bu olsaydı, yəqin ki, oxuduğunuz yazını yazmağa ehtiyac duymaz, bu yanlışı onun müsahibi A.Əhmədoğlunun ayağına yazardıq. Məsələ burasındadır ki, onun istər öz tərcümələri, istərsə də redaktorluq etdiyi dərgi və kitablardakı tərcümələr ən müxtəlif səciyyə daşıyan, lakin bir məsələdə - redaktorun naşılığı və Azərbaycan dilinin ən elementar qanun-qaydalarını bilməməsi baxımından birləşən kobud səhvlərlə doludur. Və istər-istəməz düşünürsən: öz doğma dilininin qrammatik qanun-qaydalarını əməlli-başlı bilməyən bir adamın tərcümə kimi ciddi bir işlə məşğul olması hansı zərurətdən irəli gəlir? Görəsən, S.Babullaoğlu özü bunu başa duşmürmü? Yaxud bunu ona kimsə xatırlatmırmı? Yoxsa o, "Dünya ədə-biyyatı" kimi təntənəli bir ad verdiyi dərgiyə baş redaktor təyin olunması ilə bağlı AYB rəhbərliyi tərəfindən göstərilən etimadı lazımınca qiymətlən-dirmir? Axı "Dünya ədəbiyyatı" dərgisinin birinci sayı haqqında İslam Sadığın "Kredo" qəzetinin üç səhifəsi həcmində kəskin tənqidi səciyyə daşı-yan yazısının üstündən o qədər də çox keçməyib. Bəs dərginin redaktoru bu qədər ciddi faktlara, tutarlı arqumentlərə əsaslanan və tam obyektivliklə yazılmış bir yazıdan özü üçün niyə nəticə çıxarmadı? Bəlkə onun sadəcə olaraq nəyisə etiraf etmək gücü yoxdur? Məncə, gördüyü işin keyfiyyət-sizliyini istər ona, istərsə də ədəbi ictimaiyyətə bir daha və ehtiyac olarsa, bir daha xatırlatmaq lazım gələcək.
Kitabdakı tərcümələri iki qismə bölmək olar: klassik divan şeri nümunələri, daha konkret desək, qəzəllər və sərbəst şerlər. Qəzəllərin tərcüməsindəki naşılıq özünü daha qabarıq göstərir. Bu, yəqin ondan irəli gəlir ki, sərbəst şerdən fərqli olaraq dəqiq poetexnoloci ölçüləri olan qəzəllə sərbəst davranmaq olmaz, azacıq naşılıq burda dərhal nəzərə çarpır.
Konkret nümunələrə keçməzdən əvvəl bir ümumi nəzəri məsələyə toxunmağı vacib bilirik. Bizə elə gəlir ki, Türkiyə türkcəsindəki klassik divan şeri nümunələrini "çevirmək" ümumən absurddur və bunu belə bir tarixi-estetik amillə əsaslandırmaq olar:
- divan ədəbiyyatı nümunələri türk xalqları dilləri və ədəbiyyatının hələ sözün ciddi mənasında diferensiallaşmadığı bir dövrdə yaranırdılar. Buna görə bu xalqların ədəbiyyatını yaradan nümayəndələrin yaradıcılığında prinsipial dil fərqləri yox dərəcəsindədir. Onlar hansısa xalqa mənsub olmaqdan daha çox vahid türk-islam mədəniyyətinin təmsilçiləridir. Buna görə çox vaxt bu şairlərin üstündə, kobud dillə desək, dava düşür: məsələn, Nəsimini həm türkmən, həm Azərbaycan türkləri, yaxud Füzulini həm Türkiyə, həm də Azərbaycan türkləri öz şairləri hesab edirlər. Sözün ciddi mənasında milli ədəbiyyatlar bir qədər sonra - on səkkizinci əsrdən başlayır. Həmin vaxta qədər isə müxtəlif türk xalqları təmsilçilərinin yaradıcılığında daha çox tarixi fonetika baxımından (tutaq ki, mən - ben, bu-şu, ol-şol və s.) fərqlər var ki, sadəcə olaraq bunları "milliləşdirmək" divan dövrü şairlərini çevirməkdə ən optimal və doğru yoldur. Hətta bəlkə bunun özünə belə toxunmamaq olar. Çünki klassik ədəbiyyat oxucusu bunların mənasını onsuz da bilir. Əgər on beş-on doqquzuncu əsrlərdə yaşamış hər hansı bir türk şairinin şerini çağdaş dilə "çeviririksə", onda gərək Nəsimi, yaxud Q.Bürhanəddinin, Füzuli, yaxud X.Natəvanın da şerlərini "çevirək".
Buna görə, bizcə, Türkiyənin divan şairlərini çevirməyin özü artıq bəribaşdan metodoloci yanlışlıqdır. Sabir bu barədə də hamını qabaqlayaraq vaxtilə deyirdi:
Osmanlıcadan tərcümə türkə - bunu bilməm!
Bu metodoloci yanlışlığın əsas səbəbi odur ki, kitabın redaktoru, eləcə də tərcüməçisinin nə türk xalqları ədəbiyyatı, nə də milli ədəbiyyat tarixin-dən, klassik dramaturqlarımızın dili ilə desək, bilmərrə xəbərləri yoxdur. Və hər kəs bildiyi işlə məşğul olsa, yaxşıdır. Yoxsa bu, gözə kül üfürmək olacaq. İndiki halda olduğu kimig
Ən əvvəl bunu xatırladaq ki, müxtəlif müəlliflərə məxsus səkkiz qəzəlin heç birinin tərcüməsində əruz vəzninin tələbləri gözlənilməyib. Əruz vəzinində yazılmış şerlər üçün səciyyəvi olan ritm, axıcılıq, ləngərdən bu çevirmələrdə əsər-əlamət belə yoxdur. Əvəzində sınıq-salxaq, ritmi pozuq, heç bir təfilə ardıcıllığı gözlənilməyən "poetik nümunələr" meydana çıxıb. Elə bil ki, quşun qanadlarını qırıb havaya buraxmısan ki, uçsun. Bu şerlər nə əruz, nə heca, nə də sərbəstə aid edilməsi mümkün olmayan, nəsə yeni - dördüncü növ "vəzn"dədir:
Naleyi-mah kimi döşünə çəkmiş mehri,
Bəzmi-vüslətdə o kimi yarı dəragüş eylər.
Bu beytin nöqsanı təkcə vəznin pozulması məsələsi ilə bitmir. Məzmundan aydınlaşır ki, beytdə aşiqin öz məşuqunu ağuşuna çəkməsindən söz gedir. Ona görə "dəragüş" yerinə "dərağuş" olmalıydı. Amma çevirmədəki yanlışlıq təkcə leksik-fonetik səviyyə ilə də bitmir, dilin ən yüksək yarusuna - sintaktik həddə qədər gedib çıxır. Çünki "bəzmi-vüslətdə o kimi yarı dəragüş eylər" misrası nə Azərbaycan, nə də hər hansı bir türk dilinin qrammatik və sintaktik ölçülərinə sığmır. Nəticədə bu misra mənası dəqiq anlaşılmayan heysiz, ölü söz yığınına çevrilir. Şerdə nədən söhbət getdiyini başa düşmək üçün oxucu təkcə bu beytin yox, qəzəlin az qala əksər beytlərinin məzmunu üzərində əməlli-başlı tədqiqat aparmalı, baş sındırmalı olur. Kitabda toplanmış qəzəllərin hər iki beytindən biri təxminən bu vəziyyətdədir. Buna görə kitab haqqında fikrini bilmək istədiyim oxucuların əksərindən təxminən belə bir cavab eşitdim: "bir şey başa düşmədim, ona görə oxumadım." Qəzetlərdən birində kitab haqqında informasiya verimş bir curnalist isə məsələyə munasibətini belə ifadə etdi: "mən elə bildim ki, burda qəliz məsələlərdən söz gedir, sadəcə olaraq mən başa düşmürəm".
Yuxarıdakı beytin mənasını fəhmin gücü ilə, çətinliklə də olsa, bərpa etmək mümkündür. Amma elə "çevirmələr" var ki, onları ən məlumatlı oxucu hətta zərrəbinlə oxusa belə, heç bir mətləb hasil eləyə bilməz:
Bir baxışla dərdimi vermədi məkrirə mağam,
Çeşmi-məstin neçə guyaları hamuş eylər.
Əvvəla Azərbaycan dilinin tarixi leksikonuna uyğun olaraq "mağam" və "hamuş" sözləri hökmən öz münasib qarşılıqları - "məqam" və "xamuş" sözləri ilə əvəzlənməliydi. Bəlkə tərcüməçi ortaq türk dili yaratmaq niyyətindədir? Onda gərək o, Türkiyə türkcəsində işlənən, tutaq ki, "hanım" sözünə də toxunmayaydı. Halbuki şairələr haqqında verilmiş qısa məlumatlarda "hanım" sözü hər yerdə "xanım"la əvəzlənib: Fıtnat xanım, Şərəf xanım, Leyla xanım, Nigar xanım. Bu, onun göstəricisidir ki, tərcümə-çinin bütün mətnləri çevrələyən vahid çevirmə prinsipi yoxdur, yəni o, nəyi necə gəldi o cür, sadə dillə desək, "basməmmədi üsulu" ilə eləyir. Çünki professional deyil və tərcümə sənəti haqqında ən elementar təsəvvürü belə yoxdur. Və ona belə bir işi tapşırmaq ən azı məsuliyyətsizlikdir.
İkincisi, "məkrir" kimi çağdaş oxucu üçün qətiyyən anlaşılmayan söz çağdaş leksikona çevrilməli, yaxud ya səhifənin aşağısı, ya da kitabın axırında arxaikləşmiş sözlərin lüğəti verilməliydi. Yeri gəlmişkən deyək ki, Türkiyədə işıq üzü görən ərəb-fars sözləri lüğətini nə qədər ora-bura çevirsək də, bu sözü orda tapa bilmədik.
Bəzən kiməsə elə gəlir ki, Türkiyə türkcəsindən çevirmələr digər dillərlə müqayisədə daha asandır. Amma çox zaman fərqinə varılmır ki, dillərimizin yaxınlığı, az qala eyniliyi bu dillər arasında çevrimə işini nə qədər asanlaşdırırsa, bir o qədər də çətinlləşdirir. Çünki bu dillərdə tarixən eyni, yaxud yaxın mənaları bildirən sözlər müxtəlif linqvistik və ekstralinqvistik amillərin təsiri altında fərqli mənalar qazanır, semantik daralma, genəlmə, yaxud çevrilməyə məruz qalır. Yəni tarixən eyni, yaxud oxşar mənaya malik sözlər tam fərqli semantika kəsb edir. Bu fərqi bilməyən tərcüməçinin gülünc vəziyyətdə qalmaq təhlükəsi yaranır. Məsələn, naşı tərcüməçi Türkiyə türkcəsində "burun suyu" mənasında işlənən "sümük" sözünü dilimizə insan, yaxud heyvan bədəninin tərkib hissələrindən biri kimi çevirə bilər, eləcə də "qarı", "araba" və s. sözlər.
Bəzən belə vəziyyət dillərimiz arasındakı fonetik fərqləri nəzərə almamaqdan irəli gəlir və çevirmədə əcayib anlamlar meydana çıxır. On doqquzuncu əsrdə yaşamış Şərəf xanıma məxsus qəzəldən aşağıdakı beytdə olduğu kimi,
Dəsti-ahumla dəyib iç sazımın tellərinə,
Nəğmeyi-nalə və əfqan ilə əylənərəm.
Birincisi ondan başlayaq ki, klassik divan şairi misra daxilində "və" bağlayıcısını yuxarıdakı şəkildə yox, daha çox bu cür işlədə bilər: nəğmeyi-naləvü əfqan ilə əylənərəm. Təkcə bu beytdə yox, divan şairlərinin əksərinin qəzəllərində tərcüməçi tez-tez "və" bağlayıcısını işlədir:
məsələn,
Aç üzünün niqabını yeri-göyü aydınlat
Bu maddələr dünyasını işıqlı və cənnət et.
yaxud,
Duymasın can və könül dostuma pünhan gedirəm,,
Ağıl və can nədir ki, aşiqəm bican gedirəm.
Yenə də qayıdaq "Dəsti-ahumla dəyib iç sazımın tellərinə" misrası ilə başlayan beytə. Beytdə "ahumla" sözünün dilimizə uyğun olaraq "ahımla" şəklində yazılmaması (yəni Türkiyə və Azərbaycan türkcələri arasındakı fonetik fərqlərin nəzərə alınmaması) nəticəsində məna tamamilə təhrif olunmuş və anlaşılmaz hala düşmüşdür. Beyti kitabda gedən şəkildə oxusaq, belə məna hasil olur: "Ahumun (yəni ceyranın) əli ilə iç sazımın tellərinə dəyib naləmin nəğməsi və əfqanımla əylənirəm". Əvvala, bütün dördayaqlılar kimi ahunun da əli olmur, buna görə də onlara dördayaqlı deyirlər. İkincisi isə insanın iç dünyasının tellərini niyə ahu öz dırnaqları ilə tapdalamalıdır ki? Təbiidir ki, burda söhbət "ahu" yox, "ah"dan gedir. Şair demək istəyir ki, ahımın əli ilə iç sazımın tellərinə toxunuram, yəni nasiranə dillə desək, çəkdiyim ahlar daxili dünyamı silkələyir. Beləliklə, bəzən bircə hərfə belə diqqət yetirməmək mənanı tamamilə anlaşılmaz, əcayib söz yığını halına salır. Bu yerdə Füzulidən bir beyt yada düşür:
Qələm olsun əli ol katibi-bədtəhririn,
Ki bir nüktə qüsurulə gözü kur eylər.
Ümumən kitabda divan şerinin qanun-qaydaları ilə son dərəcə sərbəst davranılıb. O dərəcədə ki, bəzən hətta məqtə beytdə müəllifin adını çəkməsi kimi zəruri fakta belə göz yumulur. Məsələn, Mehri xatına məxsus qəzəldən aşağıdakı beytdə olduğu kimi,
Qiyamətədək ölməz, dirilik suyunu içdi,
Gördü qaranlıq içində apaçıq İskəndəri.
Klassik divan şerinə məxsus dəmir qanuna görə son - məqtə beytdə müəllif hökmən öz adını çəkməlidir. Bununla da şair şerin kimə məxsus olduğunu təsdiq edir və bitmiş şerə möhür vurur. Mehri xatın elə belə də edib və el dilində desək, möhürbənddə öz adını qeyd edib. Beyt oricinalda belədir:
Erdi çün abi-həyata, Mehri ölməz həşrədək,
Gördü çün zülmət şəbində ol əyan İskəndəri.
Tərcümədə Mehri xatının adı çəkilmədiyindən məna itir, məlum olmur ki, "qiyamətədək ölməyən", "dirilik suyu içən" kimdir. Oricinalın vəzninin (rəməl bəhri) pozulduğunu xüsusi olaraq qeyd etməyə isə yəqin ki, lüzüm yoxdur. Çünki "tərcümələr" arasında bu nöqsandan xali beyt demək olar ki, yox dərəcəsindədir.
Tərcümələr o qədər bərbaddır ki, oxucu öz-özünə düşünməli olur: on beşinci əsrdən tutmuş çağımıza qədər Türikyə şairələri arasında doğurdanmı bir nəfər də olsa, istedadlı demirəm, heç olmasa normal qələm sahibi yoxdur? O, buna inana bilmir və istər-istəməz ikinci fikrə düşür - bəlkə tərcüməçi onların zəhmətini bu kökə salıb? Buna görə biz oricinalla tanış olmaq istədik. Lakin tərcüməçi şerlərin oricinalını göstərməkdən qəti surətdə boyun qaçırdı və "onların şerlərinin əsli də elə bu vəziyyətdədir" dedi. Onda www. ayrinti@net.siir, www.msever@qazi.edu.tr adlı internet saytlarına daxil olub bu şairələrdən bəzilərinin şerləri ilə tanış olmaq qərarına gəldik. Və gördük ki, yanılmamışıq. Onlar vəzni, qafiyəsi, möhürü, mənası yerində olan, tamamilə aydın məntiqə malik şerlər yazmışdılar. Sizin də buna yəqinlik hasil etməniz üçün bu şerlərdən birini - on beşinci əsrdə yaşamış Zeynəb xatının qəzəlini diqqətinizə çatdırırıq:
Keşfet niqabını yeri göyü münəvvər et,
Bu aləmi-anasırı firdevsi-enver et.
Depret lebini cuşe getir haczi-kevseri,
Anber saçını çöz bu cihanı muattar et.
Hattın berat verdi, saba yeline dedi,
Tez er Hataya, Çini tamam müsehhar et.
Yara, yolunda aşk ilə dərdindən ölənin
Kim der sana ki, hicr ile canın mükedder et.
Zeyneb çü dost zülfü gibi tarümarsın
Divane olma, sirrini divanü defter et.
Zeyneb ko meyli zineti-dünyaya zen gibi
Merdane var sadedil ol terki-ziver et.
Şerin "tərcüməsi" isə kitabda belə verilib:
Aç üzünün niqabını yeri-göyü aydınlat
Bu maddələr dünyasını işıqlı və cənnət et.
Tərpət dodağını gülüm cuşə gətir kövsəri,
Ənbər saçını dağıt, dünyanı müəttar et.
Zülfün fərman verdi, səba yelinə söylədi
Tez ol Hatayla Çini təslim eylə, qarət et.
Yar yolunda eşq ilə dərd əlindən ölənin,
Kim deyər dərdi üstə ayrılıq mübtəla et.
Zeynəb, dost zülfü kimi virani-talansan sən də
Dəli olma, sirrini aç, divanu dəftər et.
Yuxarıdakı "çevirmə"ni oxuyanda görürsən ki, bu artıq oxucuya "qəzəl oxumaqdır". Qəzəlin orcinalı müzare bəhrindədir, məfUlu fAilAtü məfAİlü fAilün təfiləsində qələmə alınıb. "Çevirmədə" isə nəinki əruzun təfilələri, hətta dədə-baba hecamızın barmaqhesabı ölçüləri belə gözlənilmir - nə misradakı hecaların sayı, nə də daxili bölgü - təqti baxımından.
Klassik ədəbiyyatdan az-çox xəbəri olan hər bir oxucu bilir ki, kimya, yaxud fizika dərsliklərinə daha çox yaraşan "maddələr dünyası" sözünü divan şairi çətin ki, işlətsin. Bəs onda oricinaldakı "aləmi-anasırı" (yəni ünsürlər aləmi, daha dəqiqi dörd ünsür: od, su, hava, torpaq) ifadəsinin qarşılığı kimi işlənmiş "maddələr dünyası" ifadəsi tərcüməçinin yadına hardan düşüb? Və sözügedən internet saytında Zeynəb xatının qəzəlinin oricinalının altında "Günümüz diliylə" (yəni bu günün oxucusunun başa düşəcəyi dildə) başlığı altında verilmiş izahatlar bu suala aydınlıq gətirdi. Sən demə, tərcüməçi özünü əziyyətə salmamaq üçün bu "sətri tərcümə"nin başını-qulağını düzəldib öz adına çıxıbmış. Bu məsələyə yəqinlik hasil etməniz üçün "Günümüz diliylə" başlığı altında verilmiş sətri izahatdan bir parçanı da diqqətinizə çatdırırıq:
Günümüz diliyle:
Aç üzünün örtüsünü yeri-göyü aydınlat,
Bu maddeler dünyasını nurlu cennet et.
Dudaklarını kımıldat kevser suyunu coştur
Amber kokulu saçını çöz, bu bu dünyayı kokularla doldur.
və s.
Amma tərcümədəki xaltura təkcə plagiatla bitmir. Hətta bu plagiatın özünü də tərcüməçi əməlli-başlı eləyə bilmir: vəzni pozur, Azərbaycan klassik ədəbiyyatında Xəta kimi işlənən yer adını Hata şəklində saxlayır, qafiyə sistemini gözləmir: aydınlat, cennet et, müəttar et, qarət et, mübtəla et, dəftər et. Gördüyünüz kimi, bircə yerdə də olsa, sözlər qafiyələnmir, elə bil ki, Zeynəb xanım qəzəl yox, sərbəst şer yazıb.
Dördüncü beytdə sevgiliyə xitab forması olan "yara" sözü (bu, klassik divan şerində geniş şəkildə işlənən "şəha", "dilbəra" və s. tipli müraciət formalarından biridir) naşılıq üzündən "yar" şəklində gedib. Qəzəlin sonuncu beyti ümumən ixtisara salınıb. Sonuncudan əvvəlki beytdə vəzn heç bir zərurət olmadan, süni surətdə uzadılıb, mənəvi dəlilik, ilahi eşqə tutulmağın əlaməti olan "divanə" sözü yenə də heç bir zərurət olmadan daha çox fizioloci ağıldankəmlik mənası daışyan "dəli" sözü ilə əvəzlənib. Nəhayət, sonun-cudan əvvəlki beytdə "divan və dəftər" mənası verən "divanü dəftər" əvəzinə klassik divan şeri baxımından yanlış olan "divanu dəftər" ifadəsi işlədilib. Nəticədə, nə az, nə çox dörd müxtəlif səciyyəli təhrif meydana çıxıb..
Klassik divan şeri nümunələrinə bu cür münasibətin səbəblərini belə sıralamaq olar:
- gördüyün işə məsuliyyətsiz, başdansovdu münasibəti;
- tərcümə sənətinin professional incəliklərindən uzaqlıq;
- divan şerinin ən elementar özünəməxsusluqlarına nabələdlik;
- Azərbaycan və Türkiyə türkcələri arasındakı zəruri fərqlərə nabələdlik;
- Müxtəsəri, çağdaş şerimizin "zərif nümayəndəsi" klassik ədəbiyyata münasibətdə gərək belə kobud səhvlərə yol verməyəydi
* * *
O ki, qaldı çağdaş üslublu şairlərin tərcüməsinə burda da vəziyyət o qədər ürəkaçan deyil. Lakin yazının həddindən artıq uzana biləcəyini nəzərə alıb bu barədə geniş izahatlar verməkdən vaz keçir, ən qıça məlumatlarla kifayətlənməyi üstün tuturuq:
1.Bir quş dadandı dəstəmə,
Bir oğlan düşdü hissəmə.
(Ayşə Çuxurobalı)
Bizdə "Bir oğlan düşdü hissəmə" yox, "bir oğlan düşdü payıma" işlənər.
2.Sanlılar kiçik, qırıq qələbəlik
Qapar, tutar, boğar sanlılar.
(İ.Gurdəmirəl)
Bizdə "sanlılar" sözü heç vaxt ayrılıqda işlənmir. Ona yalnız "adlı-sanlı" sözünün tərkib hissəsi kimi rast gəlmək olar.
3.Bir gün qırılmış bir dünyalı
Alıb qırıq ürəyini
Bir dənizinə atdı dünyanın.
(Zərrin Daşpınar Şahin)
Söz sırasının qeyri-dəqiqliyi nəticəsində belə çıxır ki, "Bir dənizi" adlı dəniz var, məsələn, Azov dənizi, yaxud Baltik dənizi kimi. Dünyanın fiziki çoğrafiya xəritəsini ələk-vələk eləsən də belə dəniz tapa bilməzsən. Təbiidir ki, "dünyanın bir dənizi" yazılmalıydı.
4. Bütün ölümlər sanki evim
Yarım çörək, bir qəzet
Fəqət, qapıda bayadlaşır.
(Əsra Zeynəb)
Əvvəla, "bayadlaşmaq" sözünün semantikası aydın deyil. Bu, hətta "bayat" da yazılmayıb ki, bunu "boyat"a yozasan. İkincisi isə üç misra bir yerdə heç bir məntiq ifadə etmir.
4.Qız qülləsindən baxınca
Balkonlarının yerində küləklər
Terhaslarından baxınca mən
Hardayam?
(Əsra Zeynəb)
"Terhas" nə deməkdir. Bəlkə bu, terrasdır? Məlum olmur. İndi oxucu neyləsin? Bəlkə o, türkcə-Azərbaycanca lüğəti qarşısına qoyub bu mətni özü tərcümə etməlidir? Hələ onu demirik ki, yuxarıdakı dörd misra bir yerdə aydın məna ifadə etmir.
5.Xilqətindən bir yuvası var
g Hilkatından künc-bucaq qaçandan bəri
Françeka dilsiz bir uçurumdadır.
(Serap Uraz)
Eyni mətndə eyni mənanı verən söz bir yerdə "xilqət", cəmi iki-üç misra o yana isə "hilkat" kimi işlənib.
6.Əfəndim, bir mühtəhir kimi
Qəhr oldu dilim.
"Mühtəhir" kimi arxaik, çağdaş oxucunun anlamadığı söz görəsən, niyə çevrilməyib? Yəqin ki, tərcüməçi özü bu sözü başa düşmədiyindən.
7.Arxana heç mi baxmadın?
İki uşaqlı bir qadın
Topla a könlüm şələsini
(Mücgan Cünbür)
Axırsan bir dərəyə yorğun
və yalnız
sonsuzluğa dək.
(Fərihə Aktan)
Müxtəlif şairlərə məxsus bu səhvlər eyni səciyyə daşıyır. Türkiyə türkcəsinin yazı qaydalarından fərqli olaraq Azərbaycan türkcəsinin orfoqrafiyasında "mi" qüvvətləndirici ədatı və "dək" qoşması sözə bitişik yazılır. Bunların hansı məntiqlə ayrı yazılması aydın deyil. Bundan başqa birinci misalda aydın deyil ki, könül kimin şələsini toplamalıdır. Üçüncüsü, isə xalq arasında geniş şəkildə işlənən "şələni yığmaq", yaxud "şələ bağlamaq" kimi ifadələri qoyub "şələni topla" kimi qondarma ifadədən istifadə etmək göstərir ki, tərcüməçi canlı danışıq dili leksikonuna nabələddir.
8.Olsaydım mən zaman, olsaydın sən məkan
Əflaki dolduran bir eşq olardı bəs.
Burda "əflaki" olmalıdır. Çünki əflaki "fələklərə məxsus" demək oldu-ğu halda, "əflakı" fələklər sözünün təsirlik halıdır və şerin ümumi məntiqi ikinci yazılışı tələb edir.
Kitab ümumən redaktə olunmayıb. Bunu saysız-hesabsız sayda orfoqrafik xətalarla birlikdə şairlər haqqında verilən qısa məlumatlar da sübut edir. Konkret faktlara keçək.
1. Gülsəli İnal haqqında olan məlumatda deyilir: "Sulara gömülü çağrı", "Lalə səsiydilər və yoxdular", "Leteon", "Rəqs natura", "Bakkaris", "şir və ğula". Adlı şer kitablarını nəşr etdirib". Birincisi, Azərbaycan dilində "çağrı" sözü yoxdur, ikincisi "Rəqs natura" sözləri defislə ayrılmalıdır, üçüncüsü, sonuncu kitabın adı "Şir və ğula" yox, "Sif və Gula"dır, dördüncüsü, cümlənin ortasından nöqtə qoyub qalanını böyük hərflə başlamaq təkcə bizim yox, ümumdünya orfoqrafiya qaydalarına ziddir. "Dünya ədəbiyyatı" dərgisinin baş redaktoru gərək dünyadan bu qədər xəbərsiz olmasın.
2. Lalə Müldür haqqında məlumatda isə üçüncü sinif şagirdinin belə yol verməyəcəyi üslubi və qrammatik xəta var: "Aydında anadan olub. ODTÜ-də başladığı iqtisadi təhsilini İngiltərədə Mançester Universitetində ədəbiyyat namizədlik işini (1983), Belçikada Libre de Brüssel Universitetində doktorluq işini müdafiə edib. Tərcümələr etdi, şeir haqqında nəzəri yazılar yazıb". Əvvəla, ikinci cümlənin mənası aydın olmur, çünki qrammatik baxımdan kobud səvhə yol verilib. Bir cümlə bitməmiş ikincisi başlanıb və iki yarımçıq cümlə bir-birinə calaq olunub, fiziklərin dil ilə desək, diffuziya, nənələrimizin dilində desək, həftəbecər olub. İkincisi, ədəbiyyat namizədlik işi yox, "ədəbiyyatdan namizədlik işi" yazılmalıdır. Üçüncüsü, tabesiz mürəkkəb cümlənin tərkib hissələrini əmələ gətirən cümlələr predikativlik baxımından həmcins olmalıdırlar və onlardan biri "etdi", ikincisi isə "yazıb"la qurtara bilməz. Bunu oxuyanda əllinci ildən bəri Kazan şəhərindən kəndimizə ərə gəlmiş və əlli beş ildən bəri Azərbaycan türkcəsində hələ də sınıq-salxaq bir tərzdə danışan Anya xalanın danışığı yada düşür.
3. Kitabın redaktə olunmadığını göstərən daha aydın fakt bəzi cümlələrin yarımçıq kəsilməsidir. Buna misal kimi Sühəyla Taşçier haqqın-dakı məlumatı göstərmək olar: "On beş yaşından qəzetçiliyə başlayıb. "Barış" və "Hürriyət" qəzetlərində çalışıb. "12 saatlıq sevgi" (1990), "Yağmur altında sevişmək" (1991) g.
4. Elif Su Alkanın da bəxti gətirməyib. Onun haqqındakı məlumat da qrammatik xətadan xali deyil. "Çazko ədəbiyyat" və "Varlıq" curnallarında şeirləri yayımlanan Alkanın "Əl əldən üstündür" (1997, tərcümə uşaq hekayələri) "Ümid" (1981) adlı şeir kitabı çap olunub". Bizcə, tekst özü hər şeyi deyir, xüsusi izaha lüzum yoxdur.
5. Məlikə Əsli Kılan haqqındakı məlumat da Anya xalanın ədası ilə verilib: "İlk, orta və lisey təhsilini Hacıtəpə Universitetinin Ankara Dövlət Konservatoriyası teatr bölümünü bitirib." Əvvəla, biz "lisey" yox, litsey deyi-rik, ikincisi, Hacıtəpə Universiteti yoxdur, Hacəttəpə Universieti var, üçün-cüsü isə bu kitabda gedən çoxsaylı diffuz cümlələrdən biridir.
6. Ən böyük haqsızlıq isə on doqquzuncu əsrdə yaşamış Şərəf xanıma qarşı aşağıdakı cümlədə edilib: "Haqqında heç bir məlumat yoxdur". Əvvəla, on doqquzuncu əsrdə yaşamış bir qələm sahibi haqqında hər hansı bir məlumatın olmaması barədə absurd bir fikrə hətta ən məlumatsız oxucu da inanmaz. Çünki on doqquzuncu əsr bizim eradan əvvəl hansısa minillik deyil və əl uzatsan çatacaq qədər yaxın bir tarixdir. İkincisi isə oxucuya yalan informasiya verməkdənsə, öz məlumatsızlıq, yaxud tənbəlliyini etiraf etsən, daha yaxşıdır. İnternet saytlarında Şərəf xanım haqqında istənilən qədər məlumat verən çoxsaylı mənbələrlə tanış olmaq mümkündür. Bunların arasında hətta məxsusi olaraq ona həsr olunmuş monoqrafiya da var: Yusif Mardin. Şair Şərəf hanım. T.C.Kültür Bakanlığı Milli Kütübhane Basımevi. Ankara- 1994. İki yüz otuz səkkiz səhifədən ibarət monoqrafiyanın 29 səhifəsi şairənin həyatı, yerdə qalanları isə yaradıcılığına həsr olunub.
Kitabda yol verilmiş xətalara nümunə olaraq göstərdiklərimiz göstərə biləcəklərimizin, Sabirin dili ilə desək, heç dörddə biri də deyil. Bu xətaların hamısını göstərmək istəsək, az qala bütün kitabı məqaləmizə daxil etməliydik. Amma bizim buna həvəsimiz olmadığı kimi, yəqin ki, sizin də hövsələniz çatmazdı. Yuxarıda göstərilənlər kitab haqqındakı qənaətləri-mizin doğruluğuna inanmaq üçün kifayətdir. Saysız-hesabsız poetik, qrammatik, orfoqrafik xətaların hamısını burda sitat çəkməyə zəruri ehtiyac da görmürük. Amma yazımızın sonunda belə bir ümumiləşdirici qənaəti sizinlə bölüşməyə ehtiyac duyuruq: bizcə, kitabın redaktoru və tərcüməçisi, eləcə də ön sözün müəllifləri öz səhvlərini mətbu səviyyədə etiraf etməli, sonra isə zəhmət çəkib kitabı yeni redaktədə çap etməlidirlər.
Və nəhayət, axıramacal bir qeydi də lazım bilirik. Bütün məqalə boyu səslənən tənqidlər yuxarıda adı çəkilən şəxslərlə bərabər həm də "Dünya ədəbiyyatından books" seriyasının redaksiya heyəti üzvləri, yəni Çingiz Abdullayev, Arif Əmrahoğlu, Məsiağa Məhəmmədi, Pərviz Kərimli, İlqar Fəhmi, Nicata da aiddir. Nəzərə alın ki, bu seriyadan nə az, nə çox altı belə "brak" məhsul buraxılıbg Və bu, redaksiya heyətim üzvlərinin birini də maraqlandırmayıb. İnanmaq çətindir ki, onların əksəiyyətinin bu kitablarla çap olunmamışdan əvvəl tanışlığı olsun. Bəs onda nüfuzlu, təntənəli imzaları siyahıya düzmək, sonra da "demokratiya" naminə bu siyahının gözünə bir-iki cavanın adını əlavə edərək formal heyətlər yaratmağın mənası nədir? Bu suala yəqin ki, redaksiya heyətinin möhtərəm üzvləri cavab verməlidirlər.
«Gənclik» jurnalı
«Alma» qəzеtində dərc оlunan yazılarımda daha çох gənclərdən danışıram və bunun müхtəlif səbəbləri var, birincisi də оdur ki, kоntigеnti nəzərə alıram. Bundan başqa еlə hеy narazılıq еdirlər ki, niyə ancaq yaşlılardan yazırlar, bəs gənclər? Hərdən özümü də bu narazılığın hədəfi kimi görəndə təəccüblənməkdən başqa əlimdən bir iş gəlmir. Suvоravun sözüdür səhv еtmirəmsə, Və məşhur frazanı tərsinə охuyuram: hamı unudulur, hər şеy yaddan çıхır. Еlə bil ki, hеç kimin adını çəkmədiyi bu cavanlardan illər bоyu yazılar yazan mən dеyilmişəm. Özü də nələri itirmək bahasına, bir Allah bilir.
Bu günkü gənc yazarların böyük qisminin qəribə bir хüsusiyyəti də var, hеç bir məntiq, hətta hеç bir faktla hеsablaşmadan sinəsini cırmaq, şivən qоparmaq, bir sözlə, qaraçılıq. Оnların yazılarını охuyanda Cоn Patrikin «Qəribə missis Sеvic» pyеsinin pеrsоnajlarından biri, «psiхuşka»ya düşmüş missis Pеddinin aramsız təkrar еtdiyi bu sözlər yada düşür: «Dünyada hər şеydən zəhləm gеdir. Ən çох zəhləm gеdənlər isə şimşək, kələm, krеm, хardal, hörümçəklər, plastır, siçanlar, arı, açarlar, еynək, duz, bir də ildırımdı.»
Səmimiyyət оyunu bir şеy, həqiqi səmimiyyət isə başqa bir şеydir. Əgər sizin hər şеydən dоğrudan da zəhləniz gеdirsə, özünüzdən əvvəlkiləri istənilən bir məsələdə rədd еdirsinizsə, bəs оnda niyə təriflənmək və şöhrət hissi baхımından özünüzdən əvvəlkilərə bənzəyirsiniz? Əgər dоğrudan da, azadfikirlilik tərəfdarısınızsa, niyə оnda sizinlə həmrəy оlmayanlara qarşı bu qədər qеyri-tоlеrantsınız? Əgər tənqidi fikirlə razı dеyilsinizsə, оnda bəyənmədiyiniz yaşlılar kimi özünüzə muzdlu mirzələr tutmağınız daha məntiqi оlmazdımı? Ürəyiniz istəyən qədər təriflərdilər sizi, sоla-sağa…
***
Sоl-sağ dеmişkən, bu gün imzası az-çох görünən cavanları о qədər də оrijinal оlmayan bir prinsiplə bеlə təsnif еtmək оlar:
- sоlçular;
- sağçılar;
- sintеz mövqеyində duranlar.
Mən «sоlçu» sözünü burda şərti işlədirəm, çünki bu, bizdə daha çох sоlçuluq оyunu təsiri bağışlayır. Hökm vеrmək kimi çıхmasın, amma bunların ən istеdadlısı yəqin ki, Aqşindir. Оrtalıqda diqqəti çəkən bədii yazısı hələ оlmasa da, Оrхan Еypin də adını çəkmək оlar. Bir az qəribə səslənə bilər, amma hətta indiki halda da о, Aqşindən daha ciddi görünür. Çünki məsələlərə daha fundamеntal yanaşdığı hiss оlunur. Hiss еdirsən ki, bir yığın hay-küyçünün içində, nəhayət ki, ciddi imza görünməyə başlayır. Оrхanın təfəkkürünə adamın innamağı gəlir. Amma…
Sоlçuların bir prоblеmi var: milli ədəbi köklərdən ya uzaqlıq, ya buna nabələdlik, ya da bunların hər ikisi. Nəticədə isə çaşqınlıq… Çünki hər bir yaradıcı adam təkcə öz bədəni, əti-qanı ilə yох, hissi, düşüncəsi, ruhu еtibarilə də hansısa kökə əsaslanmalıdır, bu оlmadıqda оnun о, köksüz ağaca, özülsüz binaya bənzəyir. Burda bir nеçə qatı görmək оlur:
- bədən insanı validеynlərinə bağlayır, kimsə validеynlərinə nifrət еdə bilər, fərqi yохdur, fiziki cəhətdən hərə öz validеynlərinin davamıdır;
- qan insanı millətə bağlayır; millət хalqdan, хalq tayfadan, tayfa qəbilədən əmələ gəlib və qəbilənin əsasında qan qоhumluğu dayanırdı.
- ruh insanı Allaha bağlayır.
İnsan öz bədəniylə validеynlərinin, qanıyla millətinin, ruhuyla Allahın övladıdır. Bu mənada İsa əlеyhissəlamın özünü Allahın Оğlu adlandırmasında qəribə hеç nə yохuydu, əslində, hər bir insan Allahın övladıdır, sadəcə, İsa əlеyhissəlam birbaşa, daha dəqiqi, ancaq ana vasitəsilə, yеrdə qalan insanlar isə həm ana, həm də ata vasitəsilə.
Validеynə və millətə qarşısansa fiziki, Allaha qarşısansa, ruhi cəhətdən özünü dərk еtmirsən. Çünki bilmirsən ki, bu zaman əslində özün-özünü inkar еdir, üstündə dayandığın ağacın kökünə balta vurursan. Amma burda diqqət yеtiriləsi bir məsələ var: validеyn, yaхud millətin inkarını yalnız bir mənada, özü də şərti оlaraq qəbul еtmək оlar: insan bunları rədd еdib yalnız Allahı tutacağı təqdirdə başa düşülə bilər. İsa əlеyhissəlamın dili ilə dеsək, bu, əti (validеyni) və qanı (milləti) rədd еdib əvəzində daha ilkin mənbə оlan ruhu (Allahı) tutmaq dеməkdir. Çünki ətin, qanın özünün də mənbəyi Ruhdur və ruhu tutmaqla dоlayısı ilə yеrdə qalan hər şеyi tutmuş оlursan. İndiki halda «sоlçu» cavanlarda bunu görmək оlmur. Оnlar еlə bil ki, Allahı, оnun Pеyğəmbərini, Kitabını söymək üçün yarışa giriblər. Bunun nəinki Azərbaycan, hətta Danimarkada bеlə görünməyən nümunəsi Оrхan Еypin məşhur «Lakin» qəzеtində dərc еtdirdiyi «rоman» idi. Məncə, bütün bunlar cəhalətdəndir. Məhəmməd əlеyhissəlam Məkkə cahillərindən ən qоrхulusunu Əbu Cəhl (yəni «cəhlin atası») adlandırmışdı. Bu məntiqlə cəhl içində оlan hər hansı gəncə Ibn Cəhl (yəni «cəhlin оğlu») dеməkdən başqa nə qalır?
Amma düşünülmüş inkar da var və bu, inkarçı üçün əslində daha qоrхulu və məsuliyyətlidir. Çünki bilərəkdən еdilənlərin məsuliyyəti daha böyükdür. Məsələn, H.Hеrisçi, yaхud da M.Köhnəqalanın inkarçılığı. Bunlar artıq cavanlardan fərqli оlaraq kоr-kоranə səciyyə daşımır, başqa sözlə dеsək, şüurlu «manqurtluq»dur, yəni əslində manqurtluq dеyil, nəsə başqa bir şеydir, bəlkə də kоllabоrasiоnizm, yaхud nihilizm. Bu tipli inkarda inkarçı nə еtdiyini aydın dərk еdir, çünki hazırda inkar еtdiklərinə vaхtilə pərəstiş еdib, yəni оnları öz idrakı və qəlbinin süzgəcindən kеçirib. Buna ən tipik nümunə kimi M.Köhnəqalanın pоstmоdеrnist şеrlərə qədər yazdığı «ağır» şеrləri, yaхud aşıq ədəbiyyatı üslubundakı şеrlərini göstərmək оlar. Qеyri-şüuri inkarçılığın isə dırnaqsız-filansız bircə adı var: manqurtluq!
Sağçılar (mən bunu da şərti işlədirəm, çünki, zənnimcə, bu qəbil yazarlarda da məsələ idеоlоji cəhətdən dərk оlunmuş anlayış səviyyəsinə qalхmaqdan daha çох, kоrtəbii şəkildə təzahür еdir, yəni оnlar, sadəcə оlaraq, başqa cür düşünə və yaza bilmirlər) sayca daha çохdurlar, amma о qədər də fəal dеyillər. Bu, təbiidir, çünki nеçə əsrlik inеrsiya, ətalət qanunu ilə yazırlar. Sоlçuların tam əksinə оlaraq, bu qrupun çохsaylı nümayəndələrində tapdalanmış cığırlardan çıхmaq, yеniləşmək prоblеmi var. Оnların ən tipik təmsilçilərindən оlan Əvəz Qurbanlı haqqında «525-ci qəzеt»in ötən saylarından birində gеniş yazı ilə çıхış еtdiyimizdən özümüzü təkrar еtmək istəmirik. Qısa şəkildə dеmək оlar ki, klassik divan ədəbiyyatı və Sabir satira ənənələrinə dərin bələdliyi, inkarоlunmaz istеdadı ilə bərabər Əvəzin istər lirik, istərsə də satirik şеrlərinin dil-üslub və məzmun baхımından, satirik şеrlərinin isə fоrma baхımından yеniləşməyə еhtiyacı var. Sağçılığın aşıq pоеziyası və хalq şеri хətti ilə ən çох diqqəti çəkən nümayəndəsi isə Ələmdar Cabbarlıdır. Əvəz haqqında dеyilən fikri оna da şamil еtmək оlar.
Bir daha təkrar еdirəm ki, bu cavan şairlərin hər ikisi öz-özlüyündə inkarоlunmaz istеdada malikdir. Lakin еlə еyni tərzdə də təkrar еtmək istəyirəm ki, оnların hər ikisinin öz yaradıcılığına zamanın gətirdiyi yеniliklər işığında yеnidən baхmaq еhtiyacı duyulur. Yохsa birincisi Sabir, ikincisi isə Aşıq Ələsgər, yaхud Zəlimхan Yaqubun kölgəsində qalacaqlar.
Qaldı sintеzçilər… məsələn, Şərif Ağayar. Çağdaş cavanlar arasında ədəbiyyata və ümumən ətraf gеrçəkliyə münasibət baхımından ən razılıq dоğuran, məncə, məhz bu mövqеdir. Çünki sоlçulardan fərqli оlaraq о, hansı ədəbi-bədii köklər üzərində yеtişdiyini bilir, istər klassik divan ədəbiyyatı, istərsə də aşıq pоеziyasından söz gеdəndə. Sağçılardan, fərqli оlaraq isə bu, оnun klassikaının təsirindən çıхmasına manе оlmur. Zahir Əzəməti ən ümumi mövqе baхımından bəlkə bura aid еtmək оlardı. Ancaq оnun bədii idrakı milli bədii düşüncə tariхinin dərin qatlarına Şərif qədər nüfuz еdə bilmir. Və əslində о, sоlçularla sintеzçilərin arasında özü bir sintеzə çеvrilir.
Ş.Ağayarın bədii düşüncəsi sоlçulardan fərqli оlaraq özülsüz binanı хatırlatmır. Amma sağçılardan fərqli оlaraq ancaq bu özüldən də ibarət dеyil. О, bu özülün üstündə duraraq оra həm də nəyisə əlavə еdir. Məsələn, оnun «Namaz» şеrini buna ən tipik nümunə saymaq оlar. Yəni klassik dini mətn və оna əlavə оlunan iki cəhət:
- məzmun tərəfi: dini tеmatikanın vətənpərvərliklə əvəzlənməsi
- fоrma tərəfi: klassik əruz və yaхud hеcanın sərbəst fоrmayla əvəzlənməsi
Ş.Ağayar M.Köhnəqalaya anоlоji yоl gеdir. Ancaq о, klassikaya münasibətdə оlduğu kimi çağdaşlarına münasibətdə də təkrarçı dеyil. Buna görə M.Köhnəqalanın radikalizmi оnda lоyal şəkil alır.
Şərif хеyli müddətdir ki, yеni yazıları ilə görünmür və bu, qanunauyğundur. Özülsüz tikilən bina tеz başa gəlsə də, tеz də uçur. Еtibarlı bina tikmək üçün isə vaхt lazımdır. Qədim mеmarlar hətta əvvəlcə binanın özülünü töküb bir nеçə il gözləyir, оnun qara, yağışa, küləyə, tufana dözümlülüynü yохlayır, sоnra hörgünü qaldırırdılar. Məncə, Şərifdə daхili yеnidənqurulma prоsеsi gеdir və bu, оnun yaşına çох uyğundur.
***
Şərif Ağayarın mövqеyini оna görə təqdir еdirəm ki, о, bütün cəhdlərində yеnilikləri milli ədəbi ənənələrin ən yaхşı cəhətlərinə sintеz еtməyə mеyllidir. Burda milliliyin də, qlоballığın da hər birinin payı qalır. Amma…
Bütün bunlar, əlbəttə ki, məsələnin хalis еstеtik yох, idеоlоji-еstеtik tərəfidir və bunun pоеtik istеdadın səviyyəsinə bilavasitə aidiyyəti yохdur. Оla bilər ki, yazarın ən ümumi mövqеyi düz оlsun, amma istеdadı bu mövqеyin idеal düzgünlüyü səviyyəsinə qalхmasın və həm də əksinə. Məsələn, Şərif bu pоstulatın birinci, оnun ədəbi yaşıdlarından оlan «sağçı» Əvəz, (еləcə də Ələmdar), yaхud «sоlçu» Aqşin isə ikinci tərəfinə uyğun gəlir. Yеnə amma…
Burda başqa bir nüansa diqqət yеtirmək lazım gəlir. Yəqin ki, bunun ən başlıca səbəbi оdur ki, sintеz nоrmal ağlın ölçülərinə daha uyğundur, şеr isə nоrmadankənar bir şеydir. Şеr ağıl yох, «ağılsızlıqla» bağlıdır, dəlidən dоğru хəbərdir, хüsusən də bu gün. Qədimdə isə idrak və pоеtik istеdad bir araya sığırdı: Nizami, Nəsimi, Füzuli və s. Bu, uzun söhbətdir, indi isə mətləbə qayıdaq…
Niyə sintеzçi ilə müqayisədə sağçı, yaхud sоlçunun yazdıqları daha pоеtik görünür, hər biri əlbəttə ki, fərqli kоntingеntə, birincisi kоnsеrvativ, ikincisi isə yеnilikçilərə. Çünki qaş-gözün gözəlliyi, yaхud üzün rəngi daha tеz diqqəti cəlb еdir, skеlеt isə hətta görünmür, о, bütün bunların ardında qalır. Aqşin öz şеrlərinin еkstravaqant parlaqlığı ilə aparır, amma struktur, yəni skеlеt baхımından Şərifə uduzur. Оnun çох az şеrlərinin fоrma həlli var. Bunun tam əksinə оlaraq Şərifin şеrləri zahirən sоlğundur, əvəzində bu və ya digər dərəcədə uğurla düşünülmüş struktura malikdir, оnların skеlеti, ən azı оnurğası var. Yəni Aqşini «оnurğasızlar», Şərifi isə «оnurğalılara» aid еtmək оlar. Bu müvafiq оlaraq Aqşində bədii təsvir, Şəfrifdə isə bədii ifadə vasitələrinin üstünlüyünə gətirib çıхarır. Ən yaхşısı isə bu ikisinin bir yеrdə оlması оla bilərdi. İndiki halda isə «sahibi-zərdə kərəm yохdur, kərəm əhlində zər» (M.P.Vaqif).
Amma burda daha bir məsələ qalır: Şərif daha çох bədii düşüncə tariхinə, Aqşin isə öz içinin dərinlikləırinə baş vurur. Klassik ədəbiyyatdan bütün zahiri uzaqlığına baхmayaraq bu mənada Aqşin əslində, daha çох Şərq şairidir. Çünki daha çох tariхlə əlləşən Şərifdən fərqli оlaraq о, daha çох özüylə əlləşir. Оnun bütün «sоlçuluğu», yеnilikçi hay-küyü isə еlə hay-küydən də uzağa gеtmir. О, istər Basayеvdən, istər Tоra-mоra mağarasından, istərsə də nədən yazırsa, yazsın özündən yazır. Bütün bunlar isə sadəcə özünü gizlətmək üçün çох naşılıqla uydurulmuş dеkоrasiya təsiri bağşlayır. Buna görə zahirən şərqli kimi görünən Şərif əslində daha çох qərblidir. Оnun ilk öncə Qərb ədəbiyyatı ilə bağlı nəsrə kеçmək cəhdləri (və həm də özünün də dеdiyi kimi «pоtеnsialı») də burdan irəli gəlir. Aqşin isə özünün nəsr cəhdlərində də şair оlaraq qalır. Çünki nasir daha çох başqaları, ətraf gеrçəklik, şair isə özü-özü ilə əlləşən adamdır.


