simaSentyabr 10, 2008 22:18
Tərcümə işini çox sevirəm. Şair Zahir Əzəmətin nə vaxtsa mənə bağışladığı "Divar yazıları" kitabından ürəyimi tutmuş bir neçə şeiri tərcümə etmişdim, indi onları bloguma qoyuram (müəllifin icazəsiylə). Zahirin şeirləri çoxdur, amma bəzilərinin aurasını rusca ifadə edə bilmədiyimə görə onların tərcüməsini sonralara saxlamışam.
Beləliklə...

Davamı...
simaAvqust 30, 2008 18:58
***
Dənizlərdən, ənginlikdən, uçuşdan
məni məhrum etdiniz,
ayaqlarımı zorən siz yerə dirədiniz,
bununla axı nəyi sizlər əldə etdiniz?
Tərpənən dodaqları susdura bilmədiniz... (1935)

Davamı...
Ölümü unutmayan adam
Bir dərviş gəmiylə səyahətə çıxmışdı. Onu gəmidə görən sərnişinlər yaxınlaşıb məsləhətlər verməyə başladılar. Hamıya da dərviş eyni sözü dedi : “Ölüm qaçılmaz olduğundan, onu həmişə yadında saxla”. Heç kim onun sözünə məhəl qoymadı.
Qəfildən fırtına qopdu. Hamı diz üstə çöküb Allaha yalvarmağa başladı. Sərnişinlər ölmək istəmirdilər. Təkcə dərviş sakitcə öz yerində əyləşib xəyala dalmışdı, sanki insanların qorxusu ona aid deyildi.
Bir azdan külək yatdı, dəniz sakitləşdi, günəş buludları yarıb çıxdı. Sərnişinlər bir qədər özlərinə gəldilər və xatırladılar ki, dərviş qorxmamışdı. Onlar soruşdular:
- Məgər görmədin ki, bizi ölümdən yalnız gəminin taxtaları ayırırdı?
- Mən bunu bilirdim. Amma quruda da ölmək üçün çox səbəblər olur.
Riçard Brotiqan – bu dünyaya yad adam
Riçard Brotiqan (1935-1984) – amerikan yazarı və şairidir, 60-70-ci illər kontrkultur kumirlərindən biridir. Onun yaradıcılığı yumorla doludur, əksməntiqlidir. Brotiqan sözlə zərgər kimi dəqiq işləyir. Onu Mark Tvenin və Heminqueyin davamçısı hesab edirlər.
Davamı...
РУБОКО ШО
Рубоко Шо (Х ясрин икинъи йарысы) – орта ясрляр йапон поезийасынын эюркямли нцмайяндяляриндян биридир. О, еротик танкаларын (бешсятирлик йапон шеиринин) баниси щесаб едилир. Шаирин щяйаты щаггында мялумат, демяк олар ки, йохдур. Мялумдур ки, о император сарайында йцксяк вязифя сащиби олуб, сонра ордан говулуб, Кцсц адасындакы монастырда вяфат едиб. Рубоко Шо Х ясрдя йашайыб йаратса да, онун поезийасы йалныз ХХ ясрин сонларында кяшф едилиб.
Davamı...
Ezra Lumis Paund (1885-1972) görkəmli amerikan şairi, ingilisdilli modernist ədəbiyyatının banisidir. Paund Tomas Eliotun, E.Heminqueyin müəllimi olub, onlara, eləcə də bir çox gənc yazarlara həm örnək olub, həm də maddi cəhətdən kömək edib. Paund Amerikada, Aydaho ştatında doğulub, Pensilvaniyada təhsil alıb, İndiana ştatında roman dillərindən dərs deyib. O, Lope de Veqanın, provans şairlərinin yaradıcılığını tədqiq edib. 1907-ci ildə Paundu seksual pozğunluğa görə işdən qovublar, deyirdilər ki, o, otağında fahişə saxlayırmış! Paund Venesiyaya gedir və orda ilk "A Lume Spento" şeirlər kitabını nəşr etdirir. 1908-ci ildə o, Londona köçərək, geniş bədii fəaliyyətə başlayır – öz şeirlərini, çin və yapon poeziyasından tərcümələrini çap edir. Londonda Paund tanınmış şair və tənqidçi olur. O, U.Yeyts və C.Coysla dost idi, onların yaradıcılığını təbliğ edirdi. Paundun çin və yapon şeirlərindən etdiyi sərbəst tərçümələr ingilis-amerikan ədəbiyyatında sərbəst şeirə, verlibr adlanan şeir növünə təkan verdi. Paund imajizm adlanan poetik cərəyanın banisidir, 1915-ci ildə o, “Des İmagistes” adlı kitabını yazdı və bununla da imajizmin nəzəriyyəsini təsdiqlədi. Ədəbiyyat sahəsində nə qədər görkəmli işlər görsə də, Paund adi həyatda, məişətdə eqosentrik, çətin bir adam idi. 1920-ci ildə Paund bir çox ingilis yazarlarından küsüb arvadı ilə Parisə gedir, Jan Kokto, bəstəkarlardan Ravel, Stravinski ilə ilə tanış olur, dadaizm hərəkatına qoşulur. 1930-cu illərdən başlayaraq, Paund müxtəlif dillərdən şeirlər tərcümə edir, öz yaradıcılığını da “cilalayırdi”. Onun ən möhtəşəm əsəri olan “Kantos” (“Nəğmələr”) modernist eposu 1917-1970-ci illərədək Paund tərəfindən daim işlənib, sitat və yeni ifadələrlə zənginləşdirilib. Sonra şair iqtisadiyyat və siyasətlə maraqlanmağa başladı, Mussolini ilə tanış oldu, radioda verilişlər apardı, amerika vətəndaşı olmasına baxmayaraq, faşist rejimini təbliğ etdi. 1943-cü Amerikanın Ədliyyə Nazirliyi onu dövlətə xəyanətdə ittiham etdi və qiyabi şəkildə şairə iş kəsdi. 1945-ci ildə italyan partizanları Paundu həbs edib, hərbi düşərgəyə gətirdilər. Danışmaq, yazıb-oxumaq, ədəbi işlə məşğul olmaq şairə qadağan edildi, o, yalnız Konfusinin bir kitabını özüylə götürmüşdü, kamerada gizlicə onu tərcümə edirdi. Sonra şair Vaşinqtona gətirildi, tibbi ekspertiza onu psixi xəstə hesab edib on il müddətinə ruhi xəstəxanaya gömdü. Paund bir yaradıcı insan kimi ziddiyyətli, çətin, hətta deyərdik ki, mövqelərində dolaşıq bir adam idi. O, Mussolininin faşist rejimini alqışlayırdı, radio çıxışlarında yəhudilərə qarşı çıxırdı, SSRİ ilə müharibənin tərəfdarı idi, ABŞ hökümətini də tənqid edirdi ki, niyə Almaniya ilə birgə SSRİ-yə qarşı çıxmır. Məhz bu münasibət E.Paundun yaradıcılığının sovet məkanında tanınmasının qarşısını almış, Paund sanki amerikan ədəbiyyatından silinmişdi. Ədəbiyyatsevərlər həmişə inanırdılar ki, Paund ədəbiyyat üzrə Nobel mükafatı ala bilər. 1949-cu ildə o, xəstəxanada müalicə alarkən, o zamanın ən nüfuzlu amerikan mükafatını – Konqres Kitabxanasının Bollingen mükafatını aldı. Bu mükafatın Paunda verilməsi o zaman amerikanın ədəbi dairələrində bir qalmaqal yaratdı. Paund isə bütün bunlara fikir verməyərək, öz işini görürdü, o, Konfusi və Sofoklun əsərlərini tərcümə edir, xəstəxanada ziyarətinə gəlmiş gənclərlə görüşürdü. Tanınmış yazarların çoxsaylı müraciətlərindən sonra Paundu 1958-ci ildə xəstəxanadan buraxdılar, o, İtaliyaya getdi. Artıq yaş, xəstəlik özünü göstərirdi, Paund əvvəlki kimi məhsuldar işləyə bilmirdi. 1965-ci ildə 70 yaşlı Paund Londona gedib dostu Eliotun məzarını, iki ildən sonra Coysun Sürixdəki qəbrini ziyarət etdi, sonra İrlandiyada Yeytsin dul xanımı ilə görüşdü. Onun bütün dostları artıq bu dünyada yoxdu. Paund 1972-ci ildəVenesiyada 85 yaşında vəfat etdi. Onu məşhur San-Mikele qəbiristanlığında dəfn ediblər. Son illərdə Ezra Paundun yaradıcılığına maraq artıb. Axı o, ictimai nöqteyi-nəzərdən “pis adam” olsa da, bir ədəbiyyatçı kimi şair-reformator, fəal modernist, imajizmin banisi və gənc şairlərin müəllimi olub. Onun “Kantos” əsərini Dantenin “İlahi komediyası” ilə müqayisə edirlər. Tədqiqatçıların fikrincə, “Kantos” olduqca subyektiv, həcmli, anlaşılmazdır, kiçik şeirləri isə çox mücərrəd və rasionaldır. Paundun poeziyasını tərcümə etmək çox çətindir, çünki onun əsərləri ad və faktlarla, miflərlə zəngindir. Onun poeziyası rasional olduğu qədər də irrasionaldır, epos dərin lirizmlə uyğunlaşır, bu əsərlərdə Şərqə maraq qərb təfəkkürü ilə qəribə tərzdə birləşir. 1934-cü ildə yazdığı məqalələrin birində Paund qeyd edir: “Biz, deyəsən, hər fikrin öz iti saf ucu ilə o birisiylə kəsişdiyi nurlu dunyamızı, duyduğumuz reallığın maqnetizm dünyasını itirmişik...”
Davamı...