Bir dəfə Ustad sözün sehrindən danışırdı. Kimsə qışqırdı ki, sənin dediklərin cəfəngiyyatdır! Daim “Allah, allah” desən, mömin olarsan? Gecə-gündüz “Günah, günah” desən, günahkar olarsan?- - Səsini kəs, əclaf! – Ustad həmin şagirdin üstünə qışqırdı. Şagırd qəzəbləndi. O, təhqir edildiyinə görə söyüş yağdırmağa başladı. Bir az keçəndən sonra Ustad dedi:
- Bağışla məni, sərt danışdım... Bu sözlərimə görə üzr istəyirəm.Şagird o an sakitləşdi. Ustad dedi:
- Görürsən, bir söz səni qəzəbləndirdi, o birisi isə sakitləşdirdi. Sözün sehri elə budur.
Kirli yuvalar (Şərq rəvayəti)
Bir göyərçin daim yuvasını dəyişirdi. Yuvaların üfunəti, kiri göyərçinə pis təsir edirdi. O, bu barədə qoca göyərçinə şikayətləndi. Qoca göyərçin dedi ki, yuvaları dəyişirsən, üfunət isə azalmır. Bu üfunət yuvadan deyil, sənin özündən gəlir.
Əsil sevgi (buddist rəvayəti)
Bir dəfə Budda şagirdləri ilə ağacların kölgəsində dincəlirdi. Onlara bir fahişə yaxınlaşdı. Qadın Buddanın ilahi gözəlliyini görüb, aşiq oldu və həyəcandan qollarını açıb qışqırdı:
- Ah, gözəl, nurlu sevgilim!
Budda cavab verdi:
- Mən də səni sevirəm, sevgilim, amma indi mənə toxunma. Fahişə soruşdu:
- Mənə sevgilim deyirsən, amma toxunmağı qadağan edirsən? Ustad dedi:
- Sevgilim, indi mənə toxunma, sənin yanına sonra gələcəm. Mən sevgimi sınamalıyam!
Şagirdlər mat qalmışdılar. “Həqiqətənmi Müəllimimiz fahişəyə aşiq olub?”
Bir neçə il keçdi. Bur gün Budda meditasiya zamanı qəfildən dedi:
- Mən getməliyəm, sevgilim məni çağırır, indi mən ona həqiqətən lazımam.
Şagirdlər elə bildilər ki, Budda fahişənin yanına gedir, onlar Müəllimin dalınca qaçdılar. Hamı nə vaxtsa dincəldikləri ağacın yanına gəldi. Fahişə orda idi. Onun nə vaxtsa gözəl bədəni yaralarla doluydu. Şagirdlər özlərini itirmiş halda dayandalar. Budda xəstə qadını qollarına aldı və dedi:
- Sevgilim, gəldim ki, öz sevgimi sınayam və vədimə əməl edəm. Əsil sevgimi göstərmək üçün çox gözlədim, başqası səni artıq sevmədiyi bir zaman, dostlarının sənə toxunmaq istəmədiyi halda mən səni qucaqlayıram.
Bundan sonra fahişə Buddanın şagirdləri sırasına qatıldı.
Dərviş qapıda
Dərviş bir evin qapısını döyüb cörək istədi.
- Bura təndirxana deyil, - ev sahibi dedi.
- Onda bəlkə bir tikə ət verəsən?
- Mən qəssab deyiləm.- Bəlkə bir qədər un?..- Bura dəyirman deyil.
- Su?..
- Burda quyu yoxdur!
Dərviş nə istədisə, adam ona istehzayla “yox” dedi. Axırda dərviş evə girib paltarının ətəyini qaldırıb əyləşdi, sanki indi böyük ifrazatı vardı.
- Ey, nə edirsən? – Evin sahibi bağırdı.
- Xarabalıq ayaqyolu üçün yaxşı yarayır. Burda heç nə, heç kim yoxdursa, gübrələmək lazım.
Qadın olmaq
Bir qadın Ustada taleyindən gileylənirdi.
- Sən özün cavabdehsən, - Ustad dedi.
- Məgər mən qadın doğulduğuma cavabdeh ola bilərəm?
- Qadın olmaq – tale demək deyil. Sənin talen özündən asılıdır.
- Bəs sən niyə zəhmət çəkmirsən ki, köləlikdən qurtulasan? Axı müdriklər deyir ki, qızıl kəmər taxıb ayaq üstə dayanaraq, başqasına qulluq etməkdənsə, oturub öz çörəyini yemək yaxşıdır.------------------------
