Mən aforizmləri çox sevirəm. Qısa cümlədə böyük bir fikri ifadə etmək hər adamın işi deyil. Hərçənd mənə deyirlər ki, aforizm, rəvayət yazıb blogunu kənd qəzetlərinə oxşatma. Amma mənə belə xoşdur. Təkliflərə və şəxsi fikirlərə hörmətlə yanaşıram, amma həmişə onlara əməl etmirəm. Mənim üçün öz fikirlərim, zövqüm daha vacibdir. Evdə 1500 aforizm toplanmış "Aforizmlərin böyük kitabı" var. O kitabı hər dəfə vərəqləyib oxuyanda, böyük zövq alıram. Bəyəndiyim aforizmlərdən bloguma da yazıram Davamı...

