Bu gün iyun ayının 14-dür, mənim üçün adi yay günlərindən birirdir. Amma sən demə, tarix boyu dünya miqyasında iyunun 14-ü maraqlı günlərdən biridir. Bu gün Əfqanıstanda Analar Günü, Paraqvayda Sülh Günü, ABŞ-da Bayraq Günü qeyd edilir.
14 iyun:
1325-ci ildə 21 yaşlı İbn Bəttut Tancer şəhərini tərk edərək 30 il ərzində bütün müsəlman dünyasını piyada ziyarət etmiş, 120 000 km yol getmişdir.
1775-ci ildə ABŞ ordusu yaradılmışdır
1834-cü ildə amerikalı İsaak Fişer süngərli kağızı icad etmişdir
1912-ci ildə Lionda (Fransa) cinayətlərdən bəhs edən filmlərə qadağa qoyulmuşdu
1921-ci ildə İngiltərənin müstəmləkələr üzrə naziri U.Çörçil Mesopotamiyada ərəb hakimiyyətini elan etmişdi
1951-ci ildə Vaşinqtonda "UNİVAC 1" ilk kompüteri satılmışdı
1965-ci ildə Bob Dilan elektrik gitarasında ifa etdiyi müsiqisini yazmışdı
daha nələr, nələr olmayıb iyun ayının 14-də...
14 iyunda doğulanlar:
1736-cı ildə - fr.fiziki və hərbi mühəndisi Şarl Ogüsten Kulon (Kulon qanununu kəşf edib)
1811-ci ildə - amerikalı yazıçı-qadın Harriyet Biçer-Stoun (hüquqsuz zənciləri müdafiə edib)
1831-ci ildə - alman konstruktoru Nikolaus Otto (daxiliyanma mühərrikini ixtira edib)
1868-ci ildə - həkim, immunoloq, Nobel mükafatçısı Karl Landşteyner
1928-ci ildə - Latın Amerikan inqilabçısı Çe Gevara
1969-cu ildə - alman tennis idmançısı Şteffi Qraft
və daha kimlər, kimlər...