Bu gün
Bu gün təsadüfən metroda bir qoca qadın gördüm. Üz-gözü qırışsa da, qaməti şax, addımları enerjili, üst-başı çox səliqəliydi. Zövqlə geyinmişdi. Barmaqlarında gümüş üzüklər, belində muncuqlu kəmər, ayaqlarında zərli yay başmaqları vardı. Amma əsas bu deyil. Ən əsası və diqqət çəkəni qadının gözləriydi. Bu gözlər o qədər nurlu, o qədər sevgiylə doluydu ki, bir anlıq həmin gözlərdən axan nur selinə sığınmaq, hələ də malik olmadığım həyat müdrikliyinə baş vurmaq istədim. Qarı yumşaq təbəssümlə metrodakı gənclərə, gah da qatara minən-düşən sərnişinlərə maraqla baxır, onları müşahidə edirdi (mən də gözlərimi qadından çəkə bilmirdim). O, sanki başqa aləmdən gəlib bura düşmüşdü və biz ağılsız, boş yerə həyəcanlanan, lazımsız münasibətlərdə özünü yoran kəslərə demək istəyirdi ki, xöşbəxtlik - sizin bu çabalarınızda deyil...
Bəs nədədir?
Soruşa bilmədim. Qadın qatardan düşdü. Və hər birimizi öz yanlış davranışı və fikirlərinin, əlçatmaz arzularının içində qoyub getdi.
Bir çin məsəli var: müdriklik kənardan verilmir, öz həyatınla qazanılır. Bəlkə də bu, belədir. Öz faciələrimizi, sarsıntılarımızı yaşamaqla həyatı (və insanı) dərk etməyə çalışırıq, amma gör, nəyin bahasına...
P.S. Burdan da Qafqazda müharibə başladı. Murdar siyasətçilərin kirli iddiaları fonunda məsum insanların faciəsi bizim öz şəxsi dünyamızdakı "problemlərin" nə qədər cılız olduğunu sübut etməkdə...

![]()


Xoshbextlikmi? o hami uchun var, sadece, kodlarim ust-uste dushmesi ve senin de bunu hiss etmen vacibdir/ Simacan, mence, tesadufi hech ne olmur, her sheyden nese goturursen, belke, sen goren qadin ele neche iller bundan evvel bir neche deqiqe davam eden xosbextliyini xatirlayirmish?
Simacan, qeribe ishler bu dunyada chox qeribe...
Gurcustana gelince, bilmirem ne deyim, amma onlara hemioshe regbetim olub...
Avqust 12, 2008 22:10