Adi bir gündə
O, şəhərin dar, əyri-üyrü küçələri ilə gedirdi. Sevirdi bu yerləri. Suvağı qopmuş divarları, tində qoyulmuş paslı zibil konteynerlərini, qapı ağzındakı kiçik skamyaları görəndə, nədənsə içinə sevinc dolur, ürəyi əriyirdi. Yaşlandıqca lap sentimental oluram, düşünürdü.Səhər günəşi səmada öz postunu tutsa da, hələ var gücüylə işə başlamamışdı, aldadıcı mülayim istiliyini solğun şüalarla küçələrə səpirdi. Tək-tük pastına çıxan yolçuların sifəti günəşin işığı altında bir qədər dumanlı, sehirli görünürdü, bəlkə də bu, ilıq asfaltdan qalxan gözəgörünməz buğun təsiri idi… O heyifsiləndi ki, rəssamlığı bacarmır. Yoxsa bu ilıq mənzərəni, mülayim sarılıq və işıqla dolu küçəni kətanda təsvir edər, soyuq qış günlərində tablodan işıq saçan günəşin istisinə sığınardı…
Onun heç bir məqsədi yoxdu, elə-belə məqsədsiz-filansız, heç nə düşünmədən, acı fikirlərlə ürəyini didmədən küçələri keçirdi. Sevirdi piyada gəzməyi. Xüsusilə də gecələr. Amma bu gün gecəni gözləmədi, səhərin gözü açılmamış düşdü sevdiyi küçələrə. Keçmiş arvadının piyada gəzintilərdən zəhləsi gedərdi, nə var e, düşmüşük şəhərin canına, gəl taksiyə minək, deyərdi. Qadın nə küləyin mehrini, nə şəhərin əbədi uğultusunu, nə ağacların sirli pıçıltısını duyardı. Belə şeyləri anlamırdı, kişini də hərdən başdanxarab hesab edərdi. Kişi hələ də bilmirdi ki, bu qadın nə düşünüb-daşındıqdan sonra onunla ailə qurmağa razı olub. Elə mən də səhv etdim, kişi fikirləşirdi, axı bu qədər fərqimiz olduğu halda niyə evləndik? Bilməliydim ki, dünyaya maddiyyat aynasından baxan bu qadınla mənimki tutmaz…
O, yol gedə-gedə əlini yellədi, sanki xatirələrini yaddaşından qovurdu. Olan olub, keçən keçib. İndi tək olsam da, rahatam. Nə başımı mənasız tələblərlə yoran var, nə də piyada gəzintilərimə qadağa qoyan. Kişi gülümsədi, nə yaxşı arvad özü çıxıb getdi, isterikalar, vay-şivən olmadı. Onsuz da heç nə dəyişməyəcəkdi. Qadın bunu çoxdan anlamış, gedəndə də, sən tək yaşamalısan, demişdi, - sənə heç vaxt başqası lazım olmayacaq.
Düz sözə nə deyəsən… Kişi pəncərələrin lap yanından keçirdi, sözlər qırıq-qırıq onun qulağına çatırdı. O bilidi ki, indi mətbəxlərdə qızğın iş gedir, çaydanlar qaynadılır, qayğanaqlar bişirilir, analar uşaqlarıyla yemək üstündə höcətləşirlər.
Ona elə gəldi ki, sinəsində deşik var. Yox, əlbəttə, sinəsi salamat idi, sadəcə ona elə gəlirdi ki, ürəyini hardasa itirib, boş sinəsində tənhalıq hissi külək kimi ulayır. Bəlkə də bu onun xülyası idi, axı o, tənhalığı sevirdi.
Birdən şən bir qəhqəhə onun diqqətini cəlb etdi. Açıq pəncərədə qivrımsaçlı bir qızın başı görünürdü. Kişi heç vaxt kiçik uşaqların cinsini ayıra bilmirdi, amma bu uşağın saçlarına kəpənək kimi balaca qırmızı bant qonmuşdu. Qız əlindəki güzgü parçasıyla günəş şüalarını tutub küçəyə salır, asfalt üzərində titrəyən gün ləkələrinə baxıb gülürdü. Qəfildən kiçik bir gün ləkəsi kişinin üzünə düşdü, gözlərini qamaşdırdı, bu balaca qız günəşlə kişi arasında sanki bir vasitəçi idi, parlaq şüaları ona yönəldir, zil səslə qəhqəhə çəkirdi.
Kişi dayanıb pəncərəyə baxdı. Onun üzündə parlaq gün ləkəsi titrəyir, mülayim isti ürəyini qızdırırdı.
Yaşamaq lazımdı…


teessuf ki, gozlerimi qorumaqa calisdiqimdan, bu yazilari oxumayacam, simanin yazilarin ise gerek oteri oxumayasan, divanda, cay qabaqinda, rahatca, diqqetle... sima yazir da! azerbaycanda yek hesab etdiyim, yazilarini qezet ve jurnallardan diqqetle izlediyim, perestishkari olduqum iki qadin var: sima ennaqi ve nermin kamal. 90-ci iller koclerinden sonra bakini ishqal etmis cushka ab-havasi denizinde bu qizlar nece de semimi, mesum, sivil gorunurler, ilahi! onlari sevmemek olarmi???!!!
simanin xarici dillerden etdiyi analitik tercumeler ise bir bashqa alemdir! beli, men bu sozleri bu gun cesaretle deyirem: sima, sen bizim avropaya acilan penceremizsen (gulme!). sende o qeder daxili intellektual energetika var ki, muellflerin uslubunu qoruyub saxlaya bilirsen. beli, yoldashlar, bu gun itirilmish torpaqlari xatirlayib "nenem inek saqanda" tipli sheirler yazmaqdansa, hereniz bir xarici muellifin nezeriyyesini goturub dilimize cevirseniz, daha iyi olardi! ermeniye de bizi guldurmezdiniz!
saq ol, simacan! saq ol ki sen varsan!
İyul 31, 2008 11:51