Həyat
Həyata atılanda,
Yaman nikbin oluruq:
Dəyişkən, nəşəli, şirin arzular
Içimizdə tüğyan edir
Fırtınalartək.
Uca-uca dağları,
Keçilməz dəryaları
Əminik ki, fəth edəcik,
Ram edəcik,
Sonra da qatlayıb qoyacıq dizi üstə.
Fəqət həyat
Aydın yolu dolaşdırır,
Qarışdırır,
Gizli-sirli labirintə çevirir,
Bizimlə amansızcasına məzələnir,
Arzumuzu əlimizdən alır,
Qanaya-qanaya ürəkdən qoparır...
Nə edək,
Ümidi kəsək, həyatdan küsək,
Təslim olaq uğursuzluğa?
Yox.
Bəs nə edək?
Gülərək-ağlayaraq,
Həyatı öyrənək,
Yaşamağı öyrənək...


mezelenir ser sozudu?
niye seriyyati bu gune qoyursuz hec bilmirem
bu ser deyil seri tehgirdi
Avqust 7, 2008 0:30