“Ru-news” e-qəzeti xəbər verir
Salman Rüşdi “Bütün zamanların bukeri” mükafatını aldı. Özünün 40-illiyini qeyd edən dünyanın bu nüfuzlu mükafatı İngiltərədə yaşayan hindli mənşəli yazıçıya verildi. İlk dəfə Rüşdi 1981-ci ildə Buker almışdı (“Gecəyarısı uşaqları” kitabı). Rüşdi növbəti Bukerinə sevinsə də (bu, onun yaradıcı taleyində üçüncü Bukerdir), ABŞ-da olduğu üçün Londonda keçirilən təqdimat mərasimində iştirak etməyib.

