Fərqli dünyalar

Sipər eylədim canımı gələn bəlalara,
Ruhumu fəda etdim
Səninlə olmağa –
Birgünlük demirəm,
Birsaatlıq demirəm,
Cəmi
Bircə dəqiqəlik.
Sən bunu istəmədin.
Fani idim, varlıq verdin,
Kiçik idim, böyütdün,
Özümə düşmən idim,
Dost etdin,
Dost oldun,
Mən bunu istəmədim.
Istəmədiyimi istəmirəm,
Istədiyimi ver.
Ver mənə könlünü,
Hərarətlə döyünən,
Məhəbbətdən qaçan ürəyini,
Ver mənə büllur kimi pak duyğularını,
Həsrətdən axan göz yaşlarını,
Qəlbinin məxfi guşəsinə baş vur,
Həqiqəti orda ara,
Qalma haqla nahaqq arasında,
Tərəddüdlər içində.
Soruş,
Soruş könlündən,
O səadət mülkündən,
Kimdi sənin can yoldaşın,
Haralardadır...


Edebiyyati cox sevirem ve senin bloquna memnuniyyetnen girerem.
Bu arada Blogun cox gozeldi.
İyul 10, 2008 20:38