Aforizmlər - 2
Mən aforizmləri çox sevirəm. Qısa cümlədə böyük bir fikri ifadə etmək hər adamın işi deyil. Hərçənd mənə deyirlər ki, aforizm, rəvayət yazıb blogunu kənd qəzetlərinə oxşatma. Amma mənə belə xoşdur. Təkliflərə və şəxsi fikirlərə hörmətlə yanaşıram, amma həmişə onlara əməl etmirəm. Mənim üçün öz fikirlərim, zövqüm daha vacibdir. Evdə 1500 aforizm toplanmış "Aforizmlərin böyük kitabı" var. O kitabı hər dəfə vərəqləyib oxuyanda, böyük zövq alıram. Bəyəndiyim aforizmlərdən bloguma da yazıramHəyat - təklikdə gedilən səyahətdir (J.Adan)
Nəyi görməyimiz hara baxmaqdan asılıdır (L.Leonov)
Azadlıq - paxıllığın qurtardığı yerdən başlanır (N.Vekşin)
Haqsızlıqla ya əməkdaşlıq edirlər, ya da onunla mübarizə aparırlar (A.Kamü)
Hər bir insan - onunla bərabər doğulan və ölən böyük bir dünyadır. Hər başdaşı altında dünya tarixi var (H.Heyne)
Anlamaq üçün insanlar oxşar, sevmək üçün fərqli olmalıdırlar (P.Jeraldi)
İnsan ən uğurlu anlarında böyük sınaqlara məruz qalır (L.Uolles)
Əvvəl sevgi, sonra nigah; əvvəl od, sonra tüstü (M.Şamfor)
Heç bir musiqi sevən ürəyin döyüntüsü qədər gözəl ola bilməz (M.Cons)
Əsil tənhalıq - səni anlamayan insanla yaşamaqdır (E.Habbard)
Görmək istəyən üçün kifayət qədər nur, görmək istəməyən üçün - zülmət var (B.Paskal)



Dəyərli kəlamlardır, Sima xanım. Sağ olun. Xüsusən 3 və 11 xoşuma gəldi. İradlara baxmayın, bunlar blogunuza zənginlik gətirir.
İyun 30, 2008 13:49