İntihar məsələsi
"Alma" qəzetinin sonuncu buraxılışında (22.06.08) "Azərbaycanda niyə intihar edən yaradıcı insan yoxdur"adlı bir yazı (sorğu) var. Düzü, sərlövhənin özü mənə pis təsir etdi. Sanki yaradıcı insan intihar etməyə borcludur, ya da, əgər bizimkilər intihar etmirsə, demək, heç yaradıcı deyil... Belə epataj xarakterli qeyri-etik fikirləri ön plana çəkmək, məncə, yolverilməz haldır. Gənclərin tribunasına çevrilmiş "Alma" belə yazılarla, əslində, rus demişkən, ayıtəhər kobudluq edir. Deyəsən, bir müddət əvvəl metroda yarıçılpaq gəzən gənclərimiz indi də diqqəti cəlb etmək üçün intihara əl atacaqlar. Ədəbiyyatda yer tutmaq üçün intihar çıxış yolu, xilasedici vasitə deyil.
Qəzet oxucuları qıcıqlandırmaq üçün belə yazır: "Axı bizim yazıçıların Yukio Misima, Rünesko Akutaqava, Sergey Yesenin, Marina Svetayeva, Virciniya Vulf, Ernest Heminquey, Radişevdən, rəssamlarımızın Vinsent Van Qoq, Jül Paskindən, bəstəkarlarımızın Karel Svobodadan, aktyorlarımızın Patrik Deverdən nəyi əskikdir?" .
Bunu yazanın özü adı çəkilən adamlardan əskik olmamaq üçün intihar edərmi? Görək, bu addımı atacaqmı? Atmayacaqsa, başqalarını bu yola sürükləməyə nə vadar edir sizləri?
Sorğuda iştirak etmiş bir neçə yazarın populist, lağlağı fikirləri də çox düşündürücüdür. Əcəba, nədən indiki insanlarımız hər şeyi bayağılaşdırır, hər şey haqqında səthi fikir yürüdürlər?
İntihar etmiş adamın son məqamda nə düşündüyünü, nələr hiss etdiyini biz heç vaxt bilməyəcəyik. Lakin bir şey aydındır ki, intihar - güclü xarakter demək deyil. Əslində öz gücsüzlüyünü dərk edən, mənəvi cəhətdən tükənmiş insanlar intihara əl atırlar. Ölümdə xilasını axtarmaq əvəzinə səni məngənədə sıxan həyatla mübarizəyə qalxmağın daha vacib... Göstər güclü xarakterini bu çabalarda...


səlam sima xanım! , adınızı veblogımda görürkən sevinmiyə bilməzdim ! başqa vaxt sətir - sətir oxuyacayam yazılarınızı . icazənizlə web adresinizi öz blogıma əlavə elədim ! hələlik
İyun 25, 2008 14:49