İdris Şahdan daha bir rəvayət
Ölümü unutmayan adam
Bir dərviş gəmiylə səyahətə çıxmışdı. Onu gəmidə görən sərnişinlər yaxınlaşıb məsləhətlər verməyə başladılar. Hamıya da dərviş eyni sözü dedi : “Ölüm qaçılmaz olduğundan, onu həmişə yadında saxla”. Heç kim onun sözünə məhəl qoymadı.
Qəfildən fırtına qopdu. Hamı diz üstə çöküb Allaha yalvarmağa başladı. Sərnişinlər ölmək istəmirdilər. Təkcə dərviş sakitcə öz yerində əyləşib xəyala dalmışdı, sanki insanların qorxusu ona aid deyildi.
Bir azdan külək yatdı, dəniz sakitləşdi, günəş buludları yarıb çıxdı. Sərnişinlər bir qədər özlərinə gəldilər və xatırladılar ki, dərviş qorxmamışdı. Onlar soruşdular:
- Məgər görmədin ki, bizi ölümdən yalnız gəminin taxtaları ayırırdı?
- Mən bunu bilirdim. Amma quruda da ölmək üçün çox səbəblər olur.

