Əsrimizin sufi mürşidi İdris Şah
İdris Şah (1924-1996) - əfqan yazıçısı, alimi və görkəmli sufi şeyxidir. Onun ailəsi (nəsli) birbaşa peyğəmbər Məhəmmədə aiddir ki, bu da 1970-ci ildə islam hüququ doktorları tərəfindən sənədlərlə təsdiqlənib. İdris Şah əsil sufi kimi çox səyahət edib, onun elmi fikirləri dünyanın hər yerində hörmətlə qarşılanıb.
İdris Şah Mədəni Tədqiqatlar İnstitutunun elmlər üzrə direktoru olub. O, bir neçə dövlət başçısının, monarxın müşaviri, Roma Klubunun təsisçilərindən biri, Kral Humanitar Cəmiyyətin idarə heyətinin üzvü olub.
İdris Şah mədəniyyətin tarixi və inkişafı haqqında kitablar yazmışdır. Onun 30-a yaxın kitabı 12 dilə çevrilib. İdris Şah kitablarında sufilərin fəaliyyətini geniş miqyasda əks etdirib. İ.Şah sufizmi alimlərin qapalı mühitindən çıxararaq geniş oxucu kütlələrinə təqdim edib. Onun əsərləri Qərb və Şərq unuversitetlərində öyrənilir. Əbəs yerə deyil ki, İdris Şahı əsrimizin sufi mürşidi adlandırırlar.
Idris Şahın “Dərviş rəvayətləri” kitabı sufi fikrinin əsil antologiyasıdır. Dərviş rəvayətləri ilk nəzərdən sadə, əyləncəli görünsə də, əslində, hər sözdə dərin hikmət, altqatı mənalar var. Bu rəvayətlər vasitəsilə ustadlar tələbələrin digər insanlardan fərqli duyumunu inkişaf etdirirdilər. Dərviş rəvayətləri yalnız təlimində müəyyən pilləyə çatmış tələbələrə məlum idi.
İdris Şahın “Dərviş rəvayətləri” kitabından bir neçə rəvayəti diqqətinizə təqdim edəcəm.

