31 mayın əlamətdar hadisələri

Ən əlamətdar hadisə - bugün son zəngdir! İllərlə məkyəbə ayaq döymüş, zəhlətökən dərslərdən canını qurtarmış şagirdlərin bayramıdır. Hamı şən, həvəsli və nikbindir. Təki həyat onların ümidlərini ürəyində qoymasın...
31 may həm də sarışın qızların günüdür. 2006-cı ildən etibarən bütün dünya sarışınların bayramını qeyd edir, axı bu qadınlar centlmenlərin əsil can yoldaşı, superməntiqlidir, özləri də silikon və moda həvəskarıdır. Hərçənd alimlər hesab edir ki, əsil sarışınlar nadir hadisədir və 2202-ci ilə qədər onların kökü kəsiləcək. Amma məyus olmağa dəyməz. Yaşasın kimya elminin nailiyyətləri! Məhz kimyanın sayəsində carışınların nəsli kəsilməyəcək :)
31 may həm də tütünsüz gün kimi qeyd edilir. 1988-ci ildə Ümumdünya Səhiyyə Təşkilatı 31 mayı tütünsüz gün elan etmişdi ki, XXI əsrə insan sağlam şəkildə qədəm qoysun. Amma heyhat... XXI əsr çoxdan gəlib, amma nikotin düşgünlərinin sayı azalmır ki, azalmır...



Caaaaaan, bacım üçün darıxdım. Kaş ki, mən də dünən onun yanında ola və onun son zənginin sədalarını duya biləydim. Hərçənd ki, bu onunçün daha vacibdir, nəinki mənə, amma, yenə də istərdim onun bu günündə yanında olam. Heyif ki, uzaqdayam.
.
Bütün məzunları təbrik edirəm. O gün olsun universitetə qəbu olub, halallıqla oxuyub və ali məktəbi bitirsinlər.
He-he mənim bacım da sarışındır, Azərbaycanlı sarışın gözəlim.
Siqaret çəkənlər isə offf-off
İnşallah siqaretin kökü kəsilər
İyun 1, 2008 23:38