Qəhrəmansız savaşlar
Damarlarda qırmızı qan,
Beyinlərdə qırmızı fikirlər,
Hamı özünə yer axtarmaqda,
Kəllələri əzə-əzə yüksəlməkdə,
Fikribağlı şəkildə kütlə ilə danışmaqda,
Sadəlövhləri möhtəşəm xəyallarla aldatmaqda...
Kəs səsini! - ən populyar söz olmuş,
Kəs səsini! - azadlığı ögey boğazlarda boğmuş.
Kəsə-kəsə yaşamaq...
Kəsilə-kəsilə yaşamaq...
Püşk atın...
Hardasa
Hardasa adi yağışlar yağır,
Adi yay küləkləri əsir,
Hardasa inqilablar
Əbədi sayılan sistemləri titrədir,
Tribunalardan kimsə vətən sevgisindən,
Millətə məhəbbətdən
Nağıllar danışır,
Kimsə həyata inanmayaraq
Hər şeyi qəzetlərdən oxuyur,
Hələ üstəlik saz da çalır toy-bayram edərək.
Qala muzeyi
Bakının Qala kəndində açıq səma altında etnoqrafik muzey var. Bu ilin may ayında orda olarkən, xeyli foto çəkmişdim. Vəd etdiyim kimi, fotoları bloguma yerləşdirirəm.
Qeyd edim ki, Qala etnoqrafik muzeyi 2008-ci ildə açılıb. Burda hələ 1988-ci ildə Qala Dövlət Tarix Etnoqrafiya qoruğu yaradılmışdı. Qoruğun 156 hektar sahəni əhatə edən ərazisində eramızdan əvvəl III minillikdən XX əsrə qədər dövrə aid kurqanlar, sərdabələr, yaşayış evləri, qədim qəsrin qalıqları, 5 məscid, 3 hamam və s. var. Abşeronda aşkar edilən arxeoloji tapıntılar hesabına qoruğun daha da zənginləşdirilməsi məqsədi ilə 2008-ci ildə Heydər Əliyev Fondunun dəstəyi ilə burada açıq səma altında ilk arxeoloji-etnoqrafik muzey kompleksi yaradılmışdır. İki hektar ərazisi olan muzey kompleksdə Abşeron yarımadasında tapılmış və eramızdan əvvəl III-II minilliklərdən orta əsrlərə qədər dövrü əhatə edən qayaüstü rəsmlər, Qavaldaş, keramika, məişət və bəzək əşyaları, silah və sikkələr, qədim yaşayış kompleksinin konservasiya olunmuş qalıqları və sair yerləşdirilmişdir.

Sevgi haqqında (esse)
Sənsiz ölərəm demə.
Mənim həyatımsan, sənsiz hər şey mənasız... demə
Səni görməyəndə, səsini esitməyəndə dəli oluram... demə
Ölərəm səndən ötrü demə
Demə... heç nə demə...
Mərdəkan Qalası
Mərdəkanda 14-cü əsrə aid edilən bir qala var. Qala müdafiə qalalarından o qədər də fərqlənmir - dar pəncərələr, hündür divarlar... Lakin bu divarların daş işləmələri əcdadlarımızın nə qədər məharətli usta, zəhmətkeş insan olduqlarını dönə-dönə sübut etməkdə... İçəridə təmir işləri getdiyinə görə, tikiliyə ancaq xarici tərəfdən baxa bildim, təəssüf...
Əsrlərdən yadigar qalan möcüzə-qala

İnsanın daş üzərində yaradıcılığı

Qədim divarlar önündə müasirlik...

... və keçmiş...

***
Gəl, keçmişi xatırlamayaq,
göydə əylənən buludlara baxaq,
qəfil yağan yağışın altında qaçışaq
əl-ələ tutaraq,
qoy yusun sürətli damlalar
ürəkdəki incikliyi...
Dilimləyib isti çörəyi
ağzımız yana-yana yeyək,
zarafat edək,
içdən qəhqəhə çəkək
və anlayaq ki,
məhv olmamışıq...

7 pirin kəraməti
Ötən bazar günü iş yoldaşlarımla Bakı pirlərinə getmişdim. Bilmirəm, nədəndir - bu dərs ilinin bir qədər ağır olduğundanmı, ümumi yorğunluqdanmı, eynilikdənmi - nəsə son günlər yaman səyahətlərə, gəzintilərə meyilli olmuşam...
Hə, işdəki dinli-imanlı qızlar deyəndə ki, pirləri ziyarət etməyə hazırlaşırlar və məni də özləriylə aparırlar, sevindim. Hələ təsəvvür edəndə ki, necə gözəl şəkillər çəkə biləcəm, sevincim birə beş artdı ))).
Mən dindar deyiləm, amma həmişə ziyarətgahlara bir tarixi-mədəni məkan kimi marağım olub. Hərçənd bəzi ziyarətgahlarda gözəgirən təmtəraq, əslində, xoş deyil, mən ecazı sadəlikdə duyulan yerləri daha çox sevirəm...
Dəniz, dəniz...
2-3 gün əvvəl Qala muzeyinə getmişdim (fotoreportajı yaxın günlərdə bloqa qoyacam), qayıdanda Mərdəkan tərəfdən dəniz sahilinə getmək qərarına gəldik. Çimərlik mövsümü hələ açılmasa da, sahildə özünü günə verənlər də vardı, dənizdə çimən qoçaqlar da...
Ah, dəniz, dəniz... Xəzərin suları həmişəki kimi coşqulu, dəcəl... Elə istədim ki, pal-paltarlı suya girib dalgaların sərin toxunuşunu duyam, əllərimi ağ köpüklərə qərq edəm... 
(Mərdəkan çimərliyindən çəkdiyim fotolar davamında)
Ağlamaq istəyirəm...
Bu gün yenə də
Güllü fincandan cay içəcik
Yana-yana
Sonra ikimiz də bir köynəyə bürünəcik
Alovlana-alovlana
Saçlarımız dolaşacaq,
Barmaqlar da qarışacaq
Hörüləcək bir-birinə
Pıçıltılar kəsişəcək bir nəfəsdə
Yenə həmin sözləri deyəcəksən mənə...
Ağlamaq istəyirəm...
2005
![]()
17 may – informasiya cəmiyyəti günüdür
2006-cı ildə BMT-nin Baş Assambleyası may ayının 17-sini Beynəlxalq informasiya cəmiyyəti günü elan etdi. Həmin gün İnternetin yayılmasına, eləcə də informasiya və kommunikasiya texnologiyalarının inkişafına diqqəti cəlb etməlidir. Xətdə qalın, elektron məktublar yazın, söhbətləşin – hər şey asan və sürətli!
Blog Haqqında

Axtarış
Bölmələr
Arxivlər
Qabaqki yazılar
Keçidlər
- Prenses (81)
- Əsəd Cahangir (210)
- Məsiağa Məhəmmədi (264)
- C.Yusifli (243)
- Jale (226)
- T.Əlişanoğlu (228)
- Hümmət Şahbazi (240)
- Zahir Ezemet (230)
- X (193)
- Kitab klubu (163)
- Perviz (217)
- Rebiqe (238)
- Sozun sozu (72)
- A. Uğur Olgar (125)
- A. Uğur Olgar -2 (113)
- Yakub icik (145)
- Mehpare Ogut - Turkiye (81)
- Erkin Qedirli (53)
- Quran (120)
- Masonlar haqqinda (122)
- Filosof (89)
- Qoca dərvişin blogu (46)
- Feridun (78)
- Tercuman (98)
- Sabutay (39)
- Xosrov Barişan (39)
Dost bloglar
- Cavidan...
- Reyhan Kenanın şeirleri
- Bismillahir rəhmanir rəhim
- SOSİUM
- Peyğəmbər(s):Həya gözəldir qadında olsa daha da gözəl olar!
- Bezek eşyaları - ustalar ve dersler
- RAMİD İBRAHİMOV
- DİVANƏ DÜNYASI ...::: Divanədir mənim qəlbim!!! :::...
- Mürəkkəb dolu qələm
- UNUDULANLAR
- www.SENANOGUZ.Tk
- Nino
- MUSIQI:Turkiyə&Azərbaycan
- Bir gəncin manifesti
- Olan ve Biten
- Bir Gün Payızda
- TƏBRİZ İZİ
- Yaşasın yemek yemek :)
Açar sözlər
şeir sufi rəvayət hekayə rəvayətləri alatoran pul şeirl xoşbəxtlik qadınlar yazarlar emansipe günəş odər seçimin son rəvayətlər azadlığı mətnin sənin
Sayqaç
İndi blogda: 1
Keçən ayın hiti: 7567
Dünənki hit: 257
Bugünki hit: 47
Ümumi hit: 60881
